AZ   |   RU
Vətən Müharibəsi ilə bağlı xatirə pul nişanları tədavülə buraxılacaq


Azərbaycan Mərkəzi Bankı (AMB) Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi ilə bağlı silsilə xatirə pul nişanlarının tədavülə buraxılmasını planlaşdırır.

Missiya.Az xəbər verir ki, bu barədə AMB-dən bildirilib.

"Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun əzəli torpaqlarımız olan Qarabağın azadlığı uğrunda apardığı və zəfərlə başa vurduğu Vətən Müharibəsinin yaddaşlara həkk olunması, Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və işğaldan azad edilmiş şəhər və rayonlarımızın tarixinin, milli və mədəni irsinin, flora və faunasının tərənnüm edilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə silsilə xatirə pul nişanlarının tədavülə buraxılması planlaşdırılır", - deyə məlumatda qeyd olunub.

  • 5-04-2021, 17:57