Ermənistan mediası baş nazir Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə aprelin 7-də keçirəcəyi görüşdə nələrin müzakirə olunacağı barədə bəzi iddialar irəli sürüb. “Politik.am” saytının iddiasına görə, Paşinyan Putindən seçkidə uduzacağı halda ailəsinin təhlükəsizliyinə təminat istəyəcək.
Missiya.Az xəbər verir ki, görüşdə Ermənistanın əsir, Azərbaycanın isə diversant adlandırdığı hərbçilərin azad edilməsi məsələsinin də müzakirə olunacağı gözlənilir.
Sitat: “Hərbçilərin azad edilmə məsələsi Paşinyan üçün önəmlidir. Dəqiq deyə bilmərik ki, görüşdə bu məsələ müzakirə olunacaq. Amma Paşinyan hərbçilərin qaytarılma məsələsini qaldırmağa cəsarət edəcək”, - sitatın sonu.
“Politik.am” növbədəkənar seçkilərin Ermənistanda hakimiyyətin dəyişəcəyi ilə bağlı ehtimalları artırdığını və nəticənin Vladimir Putini çox maraqlandırdığını yazır. Çünki Putin əmin olmaq istəyir ki, hakimiyyətə gələn qüvvə 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarına əməl edəcək. Ermənistan mətbuatı həmçinin Nikol Paşinyanın Putinlə görüşə ciddi hazırlaşdığını, koronavirusa qarşı “dezinfeksiya” olunaraq Moskva səfərini gözlədiyini yazır.
Qeyd edək ki, Kreml görüşdə müzakirə olunacaq məsələlərlə bağlı məlumat yayıb. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, görüşdə 10 noyabr və 11 yanvar bəyanatlarının icrası, Ermənistanda keçiriləcək növbətənkənar seçkilər və ikitərəfli münasibətlər müzakirə olunacaq.ElvinMissiya.Az