Portuqaliyanın Almada şəhərindəki Qran-Pridən əvvəl koronavirusa yoluxmuş Azərbaycan cüdoçularının adları bəlli olub.
Missiya.Az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytınadan verilən məlumata görə, Yaşar Nəcəfov (66 kq), Zaməddin Poladov (73 kq) və Rüfət İsmayılov (90 kq) COVID-19 testi müsbət nəticə verib. Onların adları yarışın iştirak ərizəsindən çıxarılıb və bir saat sonra başlayacaq püşkatma mərasimində olmayacaq.
Beləliklə, Azərbaycan turnirdə 6 kişi, 3 qadın idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, 28 - 30 yanvarda keçiriləcək Qran-pridə Azərbaycanı 13 cüdoçu təmsil etməli idi.