AZ   |   RU
Türkiyə və Ermənistan xüsusi nümayəndələri Moskvadadır

Türkiyənin Ermənistanla danışıqlar üzrə xüsusi nümayəndəsi Serdar Kılıç, Ermənistanın Türkiyə üzrə nümayəndəsi isə Ruben Rubinyan ilk görüş üçün Rusiyanın paytaxtı Moskva şəhərində səfərdədilər.

Missiya.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Nümayəndə heyətləri ikitərəfli münasibətlərin normallaşdırılması üzrə iki ölkənin xüsusi nümayəndələrinin ilk görüşünün keçiriləcəyi Moskvada Rusiya Xarici İşlər Nazirliyinin qəbul evinə gəliblər.

"Report"


  • 14-01-2022, 12:19