AZ   |   RU
Paşinyan Ermənistan Konstitusiyasının dəyişdirilməsinə razılıq verib - Erməni mətbuatı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın Ermənistanın Konstitusiyasının dəyişdirilməsi ilə bağlı növbəti tələbinə, xüsusən də Müstəqillik Bəyannaməsinə istinaddan imtina edilməsinə razılıq verib.


Missiya.Az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.


Bildirilib ki, bunu Vaşinqton Sazişinin birinci bəndi də sübut edir.


“Bu razılaşmadan sonra üzə çıxdı ki, rəsmi Bakı Paşinyana ev tapşırığı verib və Ermənistan Baş naziri Konstitusiyanı dəyişməlidir, bundan sonra onlar sazişin yalnız yekun variantını imzalayacaqlar”, - deyə vurğulanıb.


Qeyd olunub ki, Konstitusiya İslahatı Şurası tezliklə yeni konstitusiya yazmaq üçün aktiv iclaslar keçirəcək və bunu Ermənistan cəmiyyətinin irəli sürdüyü tələb kimi təqdim etməyə çalışacaq.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:14