AZ   |   RU
Suriya İran rəsmisinin təyyarəsinin öz hava məkanından keçməsinə icazə verməyib

Suriya hökuməti İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanini daşıyan təyyarənin ölkənin hava məkanından keçərək Beyruta uçmasının qarşısını alıb. 


Missiya.Az xəbər verir ki, bu barədə İsrailin "Maariv" qəzeti məlumat yayıb.


Qeyd olunub ki, təyyarə əvvəlcədən planlaşdırıldığı kimi İraqdan birbaşa Livanın paytaxtı Beyruta uçmalı idi. Ancaq Suriya hökumətinin hava məkanını bağlaması nəticəsində marşrut dəyişdirilib və təyyarə İraqdan Türkiyə üzərindən Livana daxil olub. 



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 13:40