AZ   |   RU
Serbiyada etirazçılar hakim partiyanın qərargahını dağıdıblar

Serbiyada kütləvi etirazlar başlayıb və Novi Sad şəhərində etirazçılar hakim partiyanın qərargahını dağıdıblar.


Missiya.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.


Serbiya Prezidenti Aleksandar Vuçiç iğtişaşlar zamanı 60-dan çox adamın yaralandığını bildirib.


Qeyd olunub ki, Belqrad və Novi Sadda etirazçılar polisə hücum ediblər. Yerli sakinlər təhlükəsizlik qüvvələrinin kordonlarını yarıb, maskalı və əllərində dəyənəklə çıxan naməlum şəxslərlə toqquşub.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 11:40