AZ   |   RU
“Şimali Koreya Rusiyaya 6 min hərbçi göndərəcək” - Ukrayna kəşfiyyatının rəhbəri

“Yaxın vaxtlarda Şimali Koreya Rusiyaya 6 min əlavə hərbçi köçürməyi planlaşdırır”.


Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “The Japan Times” qəzetinə müsahibəsində məlumat verib.


O qeyd edib ki, Rusiya Şimali Koreya qoşunlarının Ukraynaya qarşı müharibədə iştirakını səxavətlə maliyyələşdirir.


"Kreml bütün hərbi texnika və qoşunların pulunu ödəyir. Söhbət on milyardlarla dollardan gedir və dünyanın ən təcrid olunmuş ölkələrindən biri olan Şimali Koreyanın iqtisadiyyatı üçün bu, çox ciddi puldur", - deyə Budanov vurğulayıb.


Onun sözlərinə görə, Kiyev daim Moskva ilə Pxenyan arasında əməkdaşlığın təkcə Ukrayna üçün təhlükə yaratmadığını bildirib:


"Hazırda dünyada demək olar ki, bütün mümkün vasitələrdən istifadə etməklə çox geniş cəbhə xəttində müasir müharibə aparmaq təcrübəsi olan cəmi üç ölkə var - bunlar Ukrayna, Rusiya və Şimali Koreyadır", - deyə Budanov əlavə edib.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 12:03