AZ   |   RU
Britaniya Ukraynaya hərbi qüvvələri yerləşdirmək planından imtina edir


Böyük Britaniya hərbçiləri Rusiya ilə müharibənin aktiv mərhələsi başa çatdıqdan sonra Ukraynada fəaliyyət göstərəcək sülhməramlı missiyanın formatını və vəzifələrini dəyişiblər.


Missiya.Az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.


Nəşrin məlumatına görə, Britaniya ordusunun komandanlığı Ukraynanın liman və şəhərlərini qorumaq üçün 30 minlik kontingent yaratmaq ideyasından imtina edib. Əvəzində hərbçilər Ukraynanın qərbi üzərində hava məkanının təhlükəsizliyini təmin etmək, Ukrayna qoşunlarının təliminə dəstək vermək və Qara dənizdən minalardan təmizləməni əhatə edən daha “real missiya” təklif edir.



Nurlana Əhmədova
Missiya.Az





  • Bu gün, 12:37