b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_ddsdsdsfdfd.jpg

Azərbaycanda iyunun 18-də gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında sabah havanın günəşli olacağı gözlənilir. 

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 30-34, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba) 21-22, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 21-26, gündüz 35-39, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 18-19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.



10 İyul 2020 Pensiya ilə bağlı əhaliyə ŞAD XƏBƏR
10 İyul 2020 Dərslərin nə vaxt real formada başlayacağı ilə bağlı ssenarilər var
10 İyul 2020 Sabahdan bu ərazilərdə nəqliyyat dayandırılır - RƏSMİ
08 İyul 2020 Baş nazirdən 190 manat birdəfəlik ödənişlə bağlı QƏRAR
08 İyul 2020 Sabah Bakıda pik dərəcədə isti gözlənilir - RƏSMİ
07 İyul 2020 Koronavirusun daha bir simptomu açıqlandı
06 İyul 2020 39 dərəcə isti olacaq - PROQNOZ
02 İyul 2020 Yaşayış yerini tərk etməyə 3 halda icazə veriləcək
02 İyul 2020 Marketlərə giriş məhdudiyyətlərlə olacaq!
02 İyul 2020 Təyyarəyə yalnız bu şəxslər buraxılacaq
02 İyul 2020 Sabahın havası: Şimşək, yağış, dolu
23 İyun 2020 Dərsliklərə yeni mövzu daxil edildi - Şagirdlərin nəzərinə
23 İyun 2020 SMS icazə ilə bağlı XƏBƏRDARLIQ
22 İyun 2020 Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
19 İyun 2020 Gəncə Tibb Kollecinin direktoru tələbələrlə onlayn görüş keçirib
19 İyun 2020 Güclü külək əsəcək, yağış yağacaq, dolu düşəcək
16 İyun 2020 İcra hakimiyyətlərinin saytları monotonluq girdabında - Osman Gündüzdən müsahibə
16 İyun 2020 Dövlət təhsil müəssisələrinə böyük güzəşt - 13750 manat ödəməyəcəklər
12 İyun 2020 Baş Nazirdən koronavirusla bağlı MÜHÜM QƏRAR
09 İyun 2020 Toylar nə vaxt bərpa olunacaq? - RƏSMİ CAVAB