
Yüz minlərlə azərbaycanlı gələcək, ermənilər yavaş-yavaş həmin ərazilərdən çıxacaqlar.
Ermənistan Xarici İşlər Nazirliyi “Zəngəzur dəhlizi”ni faktiki olaraq verdiklərini bəyan etdi. Açıqlamada “autsorsinq” ifadəsi işlədilib. Bu o deməkdir ki, ölkə öz ərazisini özəl şirkətə verir. Həmin ərazi isə təkcə Ermənistanın deyil, Azərbaycanın da, Türkiyənin də nəzarətində olacaq".
Missiya.Az xəbər verir ki, bunu "News.am"ın müxbirinə müsahibəsində politoloq Artur Xaçikyan deyib.
"Bu, o deməkdir ki, sizin ərazinizdəki özəl şirkət Türkiyə və Azərbaycana tabe olacaq. Yəni biz artıq bu əraziyə nəzarət etmirik, Türkiyə bizim ərazimizə girir və heç vaxt çıxmayacaq" - Xaçikyan bildirib.
Əgər Əliyev üçün bu, sadəcə olaraq, nəqliyyat məsələsi idisə, bəs niyə ermənilərin ona nəzarət etməmələrində israr edirdi, deyə ekspert maraqlanıb: "Əgər söhbət sadəcə nəqliyyat məsələsi idisə, sərhəddə vizaları tez əldə etməyin min cür yolu var, hətta elektron. Əliyev bununla razılaşmır, deyir ki, ermənilər buna nəzarət etməməlidir. Ticarət yolları bir çox ölkədən keçir. Hansısa ölkə dəhliz tələb edib? Bizimkilər isə deyəsən Ermənistan Respublikasının olub-olmayacağı ilə maraqlanmır.
İranla əlaqəmiz kəsildi, blokadaya düşdük. Onlar bu dəhlizi genişləndirəcəklər. Yüz minlərlə azərbaycanlı gələcək, ermənilər yavaş-yavaş həmin ərazilərdən çıxmağa başlayacaqlar”.
Elcan
Missiya.Az