AZ   |   RU
Ukrayna və Azərbaycan qaz tədarükünü müzakirə edib və iqtisadi əməkdaşlıq planını imzalayıb - YENİLƏNİB



Bu gün Bakıda Ukrayna-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 13-cü iclası keçirilir.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, Ukrayna nümayəndə heyətinə energetika naziri Herman Qaluşçenko rəhbərlik edir.

İclasın yekunlarına dair Qaluşçenko "Facebook" sosial şəbəkəsində qeyd edib ki, yekunda tərəflər protokol və yol xəritəsini (iqtisadiyyat, energetika, ticarət, mədəniyyət, logistika, nəqliyyat, təhsil və elm sahələrində birgə fəaliyyətlərin ətraflı planını) imzalayıblar.

"Danışıqlar zamanı xüsusi diqqət Avropa diversifikasiya siyasəti kontekstində Azərbaycan qazının Ukraynaya tədarükü məsələlərinə, həmçinin enerji təhlükəsizliyinin artırılması və bərpa olunan enerji mənbələrinin inkişafı üçün Ukrayna yeraltı qaz anbarlarından istifadə imkanlarına yönəldilib. Ukrayna nümayəndə heyəti ölkənin enerji infrastrukturunun bərpasına yönəlmiş (transformatorlar və enerji avadanlıqları da daxil olmaqla) göstərilən humanitar yardıma görə Azərbaycana səmimi təşəkkürünü bildirib", - nazir qeyd edib.




  • Dünən, 21:05