b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_ROM_3789.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə”  Nazirlər Kabinetinin qərar layihəsində Qaydalara müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub.  

Missiya.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib. Onun sözlərinə görə, layihədə sosial yardım təyin olunan ailənin orta aylıq gəliri hesablanarkən borcun (o cümlədən kreditin) gəlir kimi nəzərə alınmaması əksini tapır. 

Qeyd edək ki, mövcud qanunvericilikdə ailənin ünvanlı dövlət sosial yardım almaq hüququna baxılması zamanı onun orta aylıq gəliri hesablanarkən, götürdüyü borc (o cümlədən kredit) də nəzərə alınır. Sosial yardımın təyinatından sonra da ailə üzvünün kredit götürməsi və bu barədə məlumat verməməsi səbəbindən ailəyə sosial yardım ödənişi dayandırılır. Yenidən sosial yardım üçün müraciət etmək hüququ isə 1 il müddətinə məhdudlaşdırılır. Bu isə həmin aztəminatlı ailələrin sosial yardım proqramından dolğun şəkildə  yararlana bilməməsinə səbəb olur, nəticədə onların maddi rifahına mənfi təsir göstərir.

Artıq yeni layihə bu məhdudiyyətin aradan qaldırılmasına, ailə üzvünün  götürdüyü kreditin ailənin sosial yardım hüququna maneə olmamasına imkan yaradacaq. Eyni zamanda, yeni layihədə aztəminatlı ailələrə potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri və gəlirlərini artırmaları üçün aktiv şəkildə dəstək verilməsi məqsədi də ifadə olunur. Bununla əlaqədar sosial yardım təyin olunan ailənin özünüməşğulluq proqramına cəlb edilməsi də layihədə yer alır.

15 Noyabr 2019 Sabahdan pərdə və jalüzlər üçün qadağa ləğv edilir? - Sürücülərin nəzərinə!
13 Noyabr 2019 Bu ünvandakı sakinlər kirayə evlərə çıxarılacaq - VİDEO
12 Noyabr 2019 Temperatur 5-8 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ
12 Noyabr 2019 33 il əvvəl şəhərin mərkəzində tikilən binaya hələ də qaz verilmir - VİDEO
12 Noyabr 2019 Bakıda bu ünvanda məskunlaşan ailələr köçürülə bilər
07 Noyabr 2019 "PDL" şirkətinə qarşı ittihamlar təsdiqlənmədi - "Böhtandır"
07 Noyabr 2019 Bu şəxslərə pulsuz mənzillər verildi
06 Noyabr 2019 Şirvanda sağlamlıq imkanları məhdud uşaqlarla bağlı layihə keçirilir - FOTO
06 Noyabr 2019 Samir Şərifovdan maaş artımı ilə bağlı ŞAD XƏBƏR
31 Oktyabr 2019 “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir
30 Oktyabr 2019 Temperatur 5-8 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ
29 Oktyabr 2019 Şuranın dəstəyilə ödənişsiz psixoloji və hüququ yardımlar göstəriləcək
28 Oktyabr 2019 Azərbaycanda pensiyaya çıxmaq istəyənlərin nəzərinə!
25 Oktyabr 2019 Boyu 160 sm-dən hündür xanımların nəzərinə - RƏSMİ
25 Oktyabr 2019 Bakıda bu yollar bağlıdır - XƏBƏRDARLIQ
23 Oktyabr 2019 Azərbaycanda ət satanlara - Şad xəbər
22 Oktyabr 2019 92 saylı avtobusun sürücüsündən kobud qayda pozuntusu - VİDEO
18 Oktyabr 2019 Gələn il pensiyaların məbləği bu qədər olacaq - Nazır açıqladı
11 Oktyabr 2019 Nazir müavini: Müəyyən şəxslər vaxtından əvvəl pensiya ala biləcək
11 Oktyabr 2019 "Bakı Kart"dan istifadə edənlərə şad xəbər