b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_April2019.jpg

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Missiya.Az-a verilən məlumata görə, avqustun 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 29-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti təşkil edəcək.

Avqustun 28-də Azərbaycanın rayonlarında hava əksər rayonlarda, əsasən, yağmursuz keçəcək, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Böyük Qafqazın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 28-29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

20 Sentyabr 2019 Hava şəraiti ilə bağlı nazirlikdən - Xəbərdarlıq
16 Sentyabr 2019 Sabahın hava proqnozu açıqlanıb
13 Sentyabr 2019 Bakıda piyadalar daha cərimələnməyəcək - Nazirdən ƏMR
11 Sentyabr 2019 679 və 663 bal toplayan əkiz qardaşlar bu ali məktəbi seçdi - FOTO
10 Sentyabr 2019 Baş nazir qərar verdi: bu şəxslərin maaşları artır
09 Sentyabr 2019 Bakıda bu marşrut xəttləri birləşdirilir
06 Sentyabr 2019 Şənbə gününün hava proqnozu açıqlanıb
05 Sentyabr 2019 Hacı Şahin Həsənli mükafatlandırılıb
04 Sentyabr 2019 BŞİ-dən sakinlərə MÜRACİƏT
03 Sentyabr 2019 Hərbçi oğlu Vilayət Eyvazova şeir dedi - VİDEO
30 Avqust 2019 Sentyabr ayına olan hava proqnozu açıqlanıb
29 Avqust 2019 Sabah külək əsəcək, arabir güclənəcək
28 Avqust 2019 Leysan yağacaq, dolu düşəcək
22 Avqust 2019 Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO
21 Avqust 2019 Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
19 Avqust 2019 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar 1 həftə bağlı olacaq
19 Avqust 2019 Parkinq üçün pul ödədi, amma cərimələndi - VİDEO
16 Avqust 2019 Umayra Tağıyeva: Hava proqnozunun verilməsi çətinləşib
16 Avqust 2019 Vaqif Əsədovdan sürücülərə çəkələk xəbərdarlığı - FOTO
15 Avqust 2019 Sabah 37 dərəcə isti olacaq