b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_76544_555_343_1.jpg

Ermənistanda mart iğtişaşları ilə əlaqədar cinayət işi üzrə beş hərbi qulluqçu və bir hərbi hissə komandirinə rəsmi qaydada ittiham irəli sürülüb.

Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan KİV ölkənin baş prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Xatırladaq ki, martın 17-də, 19:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət çəkən bir qrup hərbi qulluqçu verilən xidməti taşırıqları yerinə yetirməkdən imtina ediblər.

Onlar icazəsiz şəkildə hərbi hissənin ərazisini tərk edərək, yalnız iki saatdan sonra hərbi hissə komandirinin və polisin öyüd-nəsihəti ilə hərbi hissəyə geri dönüb.

Araşdırma nəticəsində müəyyən edilib ki, martın 16-da, 09:00 radələrində həmin hərbi hissənin komandiri, polkovnik R.S. öz kabinetində olan zaman, özünü tələbkar komandir kimi göstərmək üçün xidməti səlahiyyətlərini aşıb və hərbi xidmətçilərə hərbi hissəyə verilmiş və nizamnamə tələblərinə uyğun olmayan hərbi geyim formasını cırmağı əmr edib.

Platsda səhər baxışı zamanı 30-a yaxın əsgərin hərbi geyim forması beləcə yararsız hala gətirilib.

Aprelin 16-da həmin hərbi hissə komandiri, polkovnik R.S.-ya qarşı Ermənistan Cinayət Məcəlləsinin 375-ci maddəsilə cinayət işi açılıb, onun barəsində ölkəni tərk etməməsi haqqında iltizamın alınması şəklində qətimkan tədbiri seçilib. Bundan başqa, o, araşdırma yekunlaşana qədər hərbi vəzifələrinin icrasından kənarlaşdırılıb.



01 İyun 2020 BNA: Maskasız sərnişinlər ictimai nəqliyyata buraxılmayacaq
22 May 2020 Bu marşrut xətti Baku Bus-a keçdi
21 May 2020 Nazirlik pensiyalarla bağlı məlumat yaydı
20 May 2020 Təhsil Nazirliyindən VACİB AÇIQLAMA
19 May 2020 Prezidentdən şəhid ailələrinə ŞAD XƏBƏR
14 May 2020 Yaşı 40-dək olan şəxslərin nəzərinə - Bu gündən başlanır
13 May 2020 Kommunal xərclərlə bağlı yenilik – Adambaşına düşən limit artırılır
12 May 2020 Prezident sərəncam imzaladı
12 May 2020 Metro və avtobusda maskaya görə cərimənin məbləği bilindi
12 May 2020 İctimai nəqliyyatda maska taxmayanlar cərimələnəcək
12 May 2020 190 manat birdəfəlik ödəmə növbəti aylarda da veriləcək? - RƏSMİ CAVAB
08 May 2020 Hava şəraiti kəskin dəyişəcək - Nazirlikdən xəbərdarlıq
08 May 2020 Bu yolda hərəkət məhdudlaşdırıldı – RƏSMİ
07 May 2020 190 manatı ala bilməyən narazı şəxslərin nəzərinə - Bu formada müraciət edin - VİDEO
07 May 2020 SON DƏQİQƏ! Vilyam Hacıyevin prokuror oğlu İŞDƏN ÇIXARILDI
05 May 2020 Umayra Tağıyeva rekord istilərdən danışdı
01 May 2020 Azərbaycanda 10 gün ərzində koronavirusla bağlı vəziyyət gərginləşə bilər - AÇIQLAMA
28 Aprel 2020 Hava ilə bağlı xəbərdarlıq - Sabahın havası
24 Aprel 2020 49 mənzili olan şəxs 190 manat almaq üçün müraciət edib - İNANILMAZ
24 Aprel 2020 Poçt şöbələrinin iş vaxtı uzadıldı