b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_fdsdsfsfdfg.jpg

Baş nazir Əli Əsədov “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin  sərtləşdirilməsi ilə bağlı əlavə  tədbirlər barədə” Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb. 

Missiya.Az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb. 

Qərara əsasən, vətəndaşlar evdən çıxmaq üçün SMS-lə yanaşı, “E-Təbib” mobil tətbiqi vasitəsilə ilə də icazə ala biləcəklər.

Bundan başqa, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində gündəlik baxım və gigiyena vasitələrinin istehsalı, tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri, mühəndislik və layihələndirmə xidmətləri, qablaşdırma məhsullarının istehsalı, daş, metal və taxta məhsullarının istehsalı, mebel istehsalı və təmiri, zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri, tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri, onlayn satışlar, kimyəvi təmizləmə, mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi, avtomobillərin təmiri, avtomobil yuyulma məntəqələri,  heyvan sığınacaqları, tərcümə xidmətləri sahələrində əaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.

Bununla yanaşı, göstərilən rayon və şəhərlərdə məişət tullantılarının yığılması və utilizasiyası sahəsində nəzərdə tutulan iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən dən çox olmamalıdır.



07 Avqust 2020 Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
06 Avqust 2020 Prezident Tovuza dəyən ziyanla bağlı 1 milyon ayırdı
06 Avqust 2020 Prezident “AzerGold”a üç milyon manat vəsait ayırdı - SƏRƏNCAM
05 Avqust 2020 Azərbaycan Livana bir milyon dollar yardım edəcək
05 Avqust 2020 Əli Əsədovdən peşə təhsili ilə bağlı VACİB QƏRAR
05 Avqust 2020 Azərbaycan Livana maliyyə yardımı göstərəcək
04 Avqust 2020 Dövlət pandemiya ilə bağlı pul verəcək - Yeni iqtisadi paket hazırlanır
04 Avqust 2020 Tramp karantin tədbirlərinə qarşı olduğunu açıqladı: "Zərəri xeyirindən çoxdur"
03 Avqust 2020 Ermənistanın Azərbaycanla sərhəd bölgəsində partlayış baş verib
03 Avqust 2020 DİN Fuad Qəhrəmanlı ilə bağlı iddialara münasibət bildirdi
03 Avqust 2020 Ermənistanla Faşist Almaniyası arasında oxşarlıqlar nədir?
01 Avqust 2020 Hikmət Hacıyev: Ermənistanın Azərbaycanla sərhəddəki təxribatı tam fiaskoya uğradı
01 Avqust 2020 Müdafiə Nazirliyi: Azərbaycan Ordusu düşmən müdafiəsinin dərinliyindəki seçilmiş hərbi obyektlərə zərbə endirmək iqtidarındadır
31 İyul 2020 Milli Məclisin növbədənkənar sessiyası çağırıldı - SƏRƏNCAM
30 İyul 2020 “Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı”
29 İyul 2020 Prezident Balakən, Şəki və Qəbələ rayonlarında da səfərdə olub
29 İyul 2020 İlham Əliyev Balakəndə “ASAN xidmət”in açılışında - FOTO
28 İyul 2020 Ərdoğan: “Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək səylərini dəstəkləyirik
28 İyul 2020 Azərbaycan XİN Ermənistan XİN-ə cavab verdi
28 İyul 2020 Xəyanətin Arifi: Ağsaqqal ola bilməyən ağçaqqal - VİDEO