b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1569994185_novruz-memmedov-banker.az_-696x392-1.jpg
Nazirlər Kabineti "Dövlət Əməyin Mühafizəsi Fondunun yaradılması və Əsasnaməsinin təsdiq edilməsi haqqında” qərar verib.

Missiya.Az xəbər verir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Əsasnamə Dövlət Əməyin Mühafizəsi Fondunun idarə olunması və onun vəsaitlərindən istifadə edilməsi qaydalarını tənzimləyir.

Fondun məqsədi ölkədə əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdən ibarətdir.
Fondun idarə edilməsi  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.
Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:

- istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların könüllü ödəmələrindən;
- müəssisələrin və vətəndaşların könüllü ödəmələrindən və başqa ödəmələrdən.

- Fondun vəsaiti Nazirliyin büdcədənkənar xüsusi xəzinə hesabında yığılır və nazirlik bu vəsaitlər üzərində sərəncam verir.

Maliyyə ilinin sonuna Fondun hesabında qalan xərclənməmiş vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir və bu Əsasnaməyə uyğun olaraq istifadə edilir.  Fondun vəsaiti Azərbaycan manatı və xarici valyutalarla formalaşdırılır. Fondun vəsaiti bu Əsasnamədə nəzərdə tutulmayan məqsədlərə istifadə edilə bilməz.

Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur:

- əməyin mühafizəsi üzrə elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə;

- əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasına;

- əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasına;

- əməyin mühafizəsi sahəsində təbliğat və maarifləndirmə işlərinə;

- əməyin mühafizəsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına (o cümlədən, texnoloji qurğuların, cihazların, avadanlıqların, nəqliyyat vasitələrinin, qeyri-maddi aktivlərin, mal-materialların və ləvazimatların alınmasına, əsaslı və cari təmirinə);

- əməyin mühafizəsi sahəsində nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə;
- Nazirliyin işçilərinin kollektiv və ya fərdi qaydada mükafatlandırılmasına;

-əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat sahəsində dövlət və regional proqramların hazırlanmasına və yerinə yetirilməsinə. 

Fondun vəsaitlərindən istifadə olunması haqqında ilin yekunlarına görə hesabat Nazirlik tərəfindən hazırlanaraq, Maliyyə Nazirliyinə təqdim olunur.

Fondda olan vəsaitlərdən səmərəli istifadə olunmasına Nazirlik və Maliyyə Nazirliyi tərəfindən nəzarət edilir.

Qeyd edək ki, qərar Prezidentin 2019-cu il 24 iyul tarixli 1347 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə verilib.
17 Fevral 2020 Ayaz Mütəllibov Paşinyanın ittihamlarına CAVAB VERDİ - VİDEO
17 Fevral 2020 MSK bu gün yenə toplanır - Nəticələr ləğv ediləcəkmi?
15 Fevral 2020 MSK bir şikayəti əsassız hesab etdi - RƏSMİ
14 Fevral 2020 Qənirə Paşayevadan spiker olacağı ilə bağlı xəbərlərə daha bir REAKSİYA
14 Fevral 2020 Dövlətə xəyanətdə ittiham olunan Fəxrəddin Abbasova ağır cəza
14 Fevral 2020 İlham Əliyev Münxendə Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb - FOTO
13 Fevral 2020 MSK ATƏT/DTİHB-nin müraciətini təmin etdi
13 Fevral 2020 Hadi Rəcəblinin də dairəsinin nəticələri ləğv edildi
13 Fevral 2020 Hadi Rəcəblinin nəticələrinin ləğv olunması xəbərinə AÇIQLAMA
12 Fevral 2020 BŞİH mitinqlə bağlı qərar verdi
12 Fevral 2020 Yeni parlamentdəki dəyişikliklər rəqəmlərdə - TƏHLİL
11 Fevral 2020 Ərdoğan Azərbaycana gəlir
11 Fevral 2020 Prezident: "Bu seçkilərin Azərbaycanın gələcək inkişafında çox önəmli rolu olacaq"
10 Fevral 2020 Prezident Pirallahıda açılışda
10 Fevral 2020 Bu şəxslərin nəticələri ləğv oluna bilər - SİYAHI
09 Fevral 2020 Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı
08 Fevral 2020 "Seçkilər İlham Əliyevin islahatlarının davamı olacaq" -Saakaşvili
07 Fevral 2020 Vladimir Jirinovski: “Rusiyadan yalnız Azərbaycan üz döndərməyəcək”
06 Fevral 2020 Prezident Çindən təxliyə olunan azərbaycanlılarla bağlı göstəriş verdi
06 Fevral 2020 İlham Əliyev: “Avropa Şurasında deqradasiya prosesi gedir”