AZ   |   RU
“WhatsApp”da yeni funksiya

 

Android əməliyyat sisteminə əsaslanan cihazlar üçün məşhur "WhatsApp" messenceri video mesajlarla bağlı yeni funksiyanı işə salacaq. 


Missiya.Az xəbər verir ki, bu barədə  "WABetaInfo" portalı məlumat yayıb.


Bildirilib ki, istifadəçilər video mesajları bir söhbətdən digərinə yönləndirə biləcəklər. 


Portal müəllifləri vurğulayırlar ki, hazırda bir həmsöhbət üçün lentə alınan videolar digərinə göndərilə bilməz.


Yeni seçim istifadəçilərə vaxta qənaət etməyə və daha sürətli mesaj mübadiləsinə kömək edəcək. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 26-04-2024, 17:16