AZ   |   RU
“Əgər həmin əməliyyat baş verməsəydi..." - Ərsin Tatar

"Əgər 50 il bundan öncəki əməliyyat baş verməsəydi, indi Şimali Kipr Yunan adası olma nöqtəsinə gəlmişdi".


Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Şimali Kiprin prezidenti Ərsin Tatar Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşü zamanı deyib.


“Bizim yeni siyasətimiz Kipr türklərinin hüquq və qanunlarının dövlət daxilində qeydiyyata alınması ilə ortaya çıxdı”, - deyə siyasətçi vurğulayıb.


Tatar bildirib ki, Kipr adasında sülh, əmin-amanlıq və təhlükəsizlik davam edərsə, bu, Türk Silahlı Qüvvələrinin burada olmasından asılıdır.

 


Daşqın Həsənov
Missiya.Az



  • 26-04-2024, 16:47