b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_128342090_385028539584708_1718223602206148040_n.jpg

“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Könüllülər İli” çərçivəsində elan etdiyi müsabiqə üzrə qalib olmuş “Könüllü inkişaf" - maarifləndirmə, mediada və sosial şəbəkələrdə geniş təşviqat kampaniyasının təşkili adlı layihə icra edir. Layihə çərçivəsində təşkilat ekspertlərin tövsiyələri əsasında gənclərin könüllülüyə cəlb olunması, bunun cəmiyyətə, dövlətə faydaları, gənclərin özünə qazandırdığı imkanlar barədə motivasiya xarakterli çağırış, maarifləndirici mətn hazırlayıb. Gənclər könüllü olmaqla hansı faydaları verir və özü üçün nələr qazanır?

Könüllülük vətəndaş cəmiyyətinin formalaşması, sosial problemlərin həllində olduqca mühüm bir hərəkatdır.

Azərbaycanda da könüllülük çox ciddi şəkildə inkişaf edir və ölkə rəhbərliyi buna çox ciddi dəstək, önəm verir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2020-ci il məhz könüllülər ili elan edib.

Könüllülüyün tarixi 17-ci əsrə gedib çıxsa da, bu proses XX əsrin ikinci yarısından etibarən həmrəylik və sosial məsuliyyətlə birlikdə sistemləşərək, dünya boyunca bir hərəkata çevrilib.

Azərbaycanda könüllülük hərəkatının yüksəlişi Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Gənclər Forumunun keçirilməsi, “Gənclər günü”nün təsis edilməsi 1995-1996-cı illərin ictimai-siyasi gərginliyində gənclər üçün bir stimul oldu.

1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə könüllü komandası yaradılıb. Bu, Prezident İlham Əliyev siyasətinin də prioritet istiqamətidir.

Azərbaycanın brendi olan “ASAN xidmət”in yaranmasından sonra isə belə deyək ki, həyatımızı könüllülərsiz təsəvvür etmək mümkün deyil.

Hazırda könüllü kimi “ASAN xidmət” mərkəzlərində təcrübə keçmiş, püxtələşmiş 10 mindən artıq gənc bu gün müxtəlif vəzifələrdə, müxtəlif işlərdə bacarıqlı kadrlar kimi özlərini doğruldurlar.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_ddffgggghghghghhg.jpg

"Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula -1" və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllü töhfə verib...

Biz xüsusi ilə pandemiya dövründə könüllülük hərəkatının nə qədər vacib olduğunu bir daha gördük: aztəminatlı ailələrə yardımlarıən çatdırılmasında, yaşlı və fiziki məhdudiyyətli şəxslərin məişət qayğılarının qarşılanmasında mühüm rol oynadılar.

Həmçinin, neçə illərdir ölkə boyunca həyata keçirilən ağac əkmə kampaniyalarında, dəniz sahillərinin, müxtəlif parkların, ərazilərin təmizlənməsində onları daim aktiv görürük.

Əslində Könüllülük fəaliyyəti dünyada çox geniş yayılıb. Müxtəlif qurumlar, ictimai təşkilatlar kommunikasiyanın təmin olunması, ölkələrin PR-nın qurulması, yaxud digər səbəblərdən könüllülük şəbəkələri yaradır, təmənnasız fəaliyyəti təmin edir. Burada ən mühüm olan amillərdən biri də, gənclərin kadr kimi yetişməsi, önə çıxması üçün şərait və motivasiyadır. Gənclər könüllülük hərəkatında qazandıqları təcrübəni – davranış, qayğı və insanlarla işləmək vərdişlərini qazanır və müxtəlif işlərə keçdikdə, sağlam bir kadr kimi ölkənin inkişafı üçün davam edirlər. Habelə, müxtəlif layihələr çərçivəsində xarici ölkələrə səyahət etmək, dil öyrənmək, yeni tanışlıq imkanları qazanırlar.

Ən əsası, gənclər bu hərəkatda həyatda yerini dəqiq müəyyən edir – bacardığı, ən uğurlu görə biləcəyi iş, sahə nədirsə, ona yön alırlar. Bu, həm gənclərin uğuruna çevrilir, həm cəmiyyət və dövlət qazanır.

Biz indi elə dövrə qədəm qoyuruq ki, qarşıdakı illərdə könüllülərə daha çox ehtiyacımız var: Qarabağımızı işğaldan azad etmişik! Əlbəttə, qarşıdakı müddətdə işğaldan azad edilmiş torpaqlarımızda görüləcək iqtisadi-sosial inkişaf prosesində, məcburi köçkünlərin doğma yurdlarına qayıtması zamanı könüllülərə daha çox ehtiyac duyulacaq. Xüsusi ilə bölgələrdə könüllülər bu fəaliyyətə cəlb olunmalıdır.

Bunun üçün nə etməli?

Əlbəttə, ilk iş maariflənmə və könüllülüyün əhəmiyyəti, onun gənclərə qazandıracağı imkanları izah etməkdir.

Gənclər, tələbələrə, yeni məzunlar könüllü olaraq bölgələrdə daha çox uğurlar qazana, daha çox faydalar verə bilərlər. Rayonlardakı ekoloji tarazlığın qorunması, sosial problemlərin həlli istiqamətində daha çox fəaliyyətə ehtiyac var.

Bəs, gənclər bu fəaliyyətə baş vuracağı təqdirdə fərdi inkişafı üçün nələri qazanacaq?

  1. Bacarıqlı gənc, kadr kimi yetişəcək;
  2. Vakansiyalar üçün yetişmiş, hazır kadra çevriləcək;
  3. Cəmiyyətdə özünün şəxsi nüfuzunu qazanacaq;
  4. Ölkənin inkişafında rolunu müəyyən edəcək;
  5. Müxtəlif strukturlarla birbaşa və bilavasitə əlaqələri formalaşacaq;
  6. Rəsmi davranış, idarə etmə mexanizmlərini mənimsəyəcək;
  7. Sadə dillə desək, öz bilik və bacarıqları ilə irəli çəkilmək şansları qazanır.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_fddfdfdfdfff.jpg

Məsələn, bir dövlət qurumunda, şirkətdə vakansiya yaranıb və o vakansiyaya 3 nəfər müraciət edib. Onlardan biri könüllüdürsə, artıq seçimi o qazanmış olur, bu sözsüzdür. Çünki hər kəsə bacarıqlı kadr lazımdır.

Odur ki, indi gənclərin inkişafı üçün çox gözəl bir imkan var:  harada yaşamağından asılı olmayaraq, müvafiq qaydada könüllü ol, könüllülük layihələrinə qoşul, cəmiyyət də qazansın, sən də. Cəmiyyətə, dövlətə töhfə və fərdi uğurun ən sadə düsturu - könüllülükdür. 

QHT könüllülüyün təbliğinə dair ASAN Xidmət rəsmisi Sahil Məmmədli, ekspert Sənan Nəcəfov və Səlis Könüllüləri İB-nin sədri Xudaverdi Quliyevin də iştirak etdiyi 4 debat, müzakirə təşkil edib.

Həmin debatları bu ilnklərdən izləyə bilərsiniz:

https://youtu.be/YZkxCwRDijw

https://youtu.be/lVE4r4OZkhw

https://youtu.be/9lSTBZkb6YU

https://youtu.be/tLvarMIskAw





22 Yanvar 2021 Ermənilər Rusiyanın Ermənistandakı səfirindən narazıdırlar
21 Yanvar 2021 Azərbaycan əhalisi üçün niyə məhz "Sinovak" vaksini seçildi?- Missiya Müsahibə
21 Yanvar 2021 Bakıda 3 milyonluq "kupçalı" obyektin sökülməsinə görə məsuliyyəti kim daşıyır? - FOTO
21 Yanvar 2021 “Azərbaycan əsgərləri Kərki kəndində sərhəd xəttini müəyyənləşdirir” – Erməni deputat
21 Yanvar 2021 "Ermənistanda siyasi vəziyyət gərginləşir, Paşinyan müxalifətə təzyiqləri artıracaq" - Ramin Əhmədov
20 Yanvar 2021 Kəlbəcər rayonunun Nadirxanlı kəndinin görüntüləri – VİDEO
20 Yanvar 2021 Putinin Monako dövlətindən 39 dəfə böyük sarayı - Navalnı görüntülər yaydı - KREMLDƏN REAKSİYA
20 Yanvar 2021 İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 2021 Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıldı
19 Yanvar 2021 İlham Əliyev 20 Yanvar günü ilə bağlı paylaşım etdi - FOTO
19 Yanvar 2021 Bakıda qarlı havaya görə 50-dən çox texnika hazır vəziyyətə gətirildi - FOTO
18 Yanvar 2021 “Paşinyan Moskvaya getdi və İlham Əliyevin qarşısında diz çökdü” – Erməni deputat "Böyük Turan" proqramından danışdı
18 Yanvar 2021 "Qarabağ müharibəsi Ərdoğana "Turan Ordusu" qurmaq üçün perspektivlər açdı" - İranlı ekspert
18 Yanvar 2021 Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyevə koronavirus əleyhinə peyvənd vurulub
18 Yanvar 2021 Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
18 Yanvar 2021 Rusiya Türkiyə ilə sərhəddə əlavə hərbçilər göndərib
16 Yanvar 2021 "İnanırıq ki, qardaş ölkələr tezliklə bizi tanıyacaq" - Şimali Kiprin Bakı təmsilçisi
16 Yanvar 2021 “Prezidentin Şuşaya səfəri xalqımızın qalibiyyət ruhunu daha da yüksəltdi” – Ramin Əhmədov
15 Yanvar 2021 Akopyanın Moskva səfərinin təfərrüatı: 10 silahlı mühafizəçi ilə alış-veriş edib - FOTO
15 Yanvar 2021 Mehriban Əliyeva: "İşğaldan azad olunan qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm"