b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_ddggfgfgf.jpg

Ermənistanın ilk baş naziri və ikinci müdafiə naziri, “Milli Demokratik Birlik” partiyasının sədri Vazqen Manukyan Ermənistan hökumətini istefaya çağırıb.

Missiya.Az xəbər verir ki, o, bu barədə öz müraciətində bildirib.

“Bu gün tariximizin biabırçı səhifələrindən birini yaşayırıq. Ermənilərin gələcəyi olan Ermənistan da təhlükə altındadır. Vəziyyəti dəyişdirmək, geri dönüş etmək mümkündürmü? Bəli! Ancaq mövcud hökumətlə yox. Bu hökumət istefaya getməlidir. Yeganə xilas budur. Əks təqdirdə hər şeyi itirə bilərik",-deyə Manukyan qeyd edib.

Xatırladaq ki, müzəffər Ordumuz qarşısında məğlub olan Ermənistanda daxili vəziyyət gərginləşməkdə davam edir. Paşinyan demək olar ki, hər gün çıxışlarında uduzduqlarını xalqa etiraf edir. Aciz durumda qalan baş nazir qadınları belə döyüşə çağırır.

Erməni mətbuatı hakimiyyətin indi ciddi təlaş içində olduğunu vurğulayır. Ölkədə çevriliş təhlükəsi var. Faktiki olaraq bütün millət Paşinyandan, onun komandasından izahatlar tələb edir.

Onlar  diplomatik cəbhədə necə və nə zaman məğlub olduqlarını başa düşmək üçün müharibənin başa çatmasını gözləyirlər. Cəbhədə artan itkilər xalqı Paşinyan iqtidarına qarşı daha qəzəbli edir. Ona qarşı artıq istefa tələbləri səslənməyə başlayır. Paşinyanın elan etdiyi total səfərbərlik sadəcə öz əsgərlərini məhv etməyə hesablanıb. 

Bir müddət əvvəl Ermənitan parlamentinin “Mənim Addımım” fraksiyasının deputatı Kristine Poğosyanın son günlərdə siyasi müxaliflərə ünvanlanmış təhdidləri də bunu təsdiq edir. O, müxaliflərə müraciət edərək bildirirdi ki, müharibədən sonra onlar öz hallarını görəcəklər.


03 Dekabr 2020 Azərbaycan Vətən Müharibəsində nə qədər şəhid verib? - RƏSMİ AÇIQLAMA
03 Dekabr 2020 Yeni mərhələdə yeni inkişaf imkanları: Dövlətimizə güvənməli, birliyimizi qorumalıyıq – Ramin Əhmədov
03 Dekabr 2020 Zəfər Gününün tarixi dəyişdirildi - RƏSMİ
03 Dekabr 2020 Ermənistan müxalifəti Paşinyanın yerinə namizəd tapdı – 76 yaşlı türk düşməni
03 Dekabr 2020 Vəkil Adil İsmayılov koronavirusdan vəfat edib
03 Dekabr 2020 Laçın şəhərinin görüntüləri - VİDEO
03 Dekabr 2020 Ürəyindən yaralanmış qazimiz Elçindən sevindirici xəbər - FOTO
02 Dekabr 2020 Xəzər dənizində zəlzələ oldu
02 Dekabr 2020 Hulusi Akar: "Sonadək Azərbaycanın yanında olacağıq"
02 Dekabr 2020 Vladimir Putin Qarabağdan danışdı
02 Dekabr 2020 Hər il noyabrın 10-u Azərbaycanda Zəfər Günü kimi qeyd ediləcək
01 Dekabr 2020 Azərbaycanda sərt karantin tətbirləri tətbiq olunmalıdırmi? – COVİD-19-un təhlükəli sürəti və qorxulu rəqəmlər
01 Dekabr 2020 Rusiya MN türk əsgərinin Qarabağdakı sülh missiyası haqda açıqlama verdi
01 Dekabr 2020 Erməni analar Paşinyana ümidini itirib, Putinə yalvarırlar: "Yalvarırıq, bizə kömək edin" - VİDEO
01 Dekabr 2020 Müharibə zamanı düşmənə satılanlar - Onları hamı tanımalıdır - VİDEO
01 Dekabr 2020 Ali Baş Komandanın xalqa müraciəti - TAM MƏTN
01 Dekabr 2020 Rusiya sülhməramlıları Laçında erməni bayrağını çıxardılar
30 Noyabr 2020 Azərbaycan Ordusu Laçın rayonuna daxil olub - RƏSMİ VİDEO
30 Noyabr 2020 Azərbaycan Müdafiə Nazirliyindən Türkiyəyə TƏŞƏKKÜR
30 Noyabr 2020 Sülhməramlı kontingent üçün növbəti maddi-texniki təminat vasitələri gətirilib - VİDEO