b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_sdfdfdgfhfh.JPG

Məlum olduğu kimi, Səhiyyə Nazirliyi tərəfindən evdə müalicə olunan koronaviruslu xəstələrə dərmanların çatdırılmasına başlanılıb.

Missiya.Az xəbər verir ki, bu barədə Operativ Qərargahın sonuncu brifinqində Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov da məlumat vermişdi. Artıq preparatları əldə etmiş şəxslər sosial şəbəkə hesablarında bununla bağlı paylaşımlar edirlər.

Ailəsi üçün dərmanları evinə çatdırılmış vətəndaşlardan biri, adının açıqlanmasını istəməyən xanım “Qafqazinfo”ya bildirib ki, Səhiyyə Nazirliyi onları apteklərdə tapılmayan dərmanlarla təchiz edib:

“Anamda nəticə pozitiv çıxan kimi TƏBİB-dən zəng etdilər. Dedilər ki, sahə həkimi bizimlə əlaqə saxlayacaq. Sonra 1-2 günə tibb bacısı dərmanları gətirib bloka qoydu, biz də oradan götürdük”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin İşçi qrupunun rəsmisi Səbinə Babazadə də çıxışında yüngül gedişatlı xəstələrə birinci mərhələ üçün nəzərdə tutulan preparatlar olan vitamin C, E, D3, maqnezium, selen, parasetamolun verildiyini bildirib. O, xüsusilə qeyd edib ki, dərmanlar yalnız həkimin təyinatı ilə verilməlidir.



03 Avqust 2020 Bu qadağalar avqustun 31-dək qüvvədə qalır - SİYAHI
03 Avqust 2020 Sanki mübarək partlayışa hazırlıq gedirdi - Azərbaycan Diasporunun qalibiyyət sirri
01 Avqust 2020 Bir gündə 53 nəfərin koronavirusa yoluxduğu məhəllədə son vəziyyət - VİDEO
31 İyul 2020 Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırıb
31 İyul 2020 Azərbaycanda bayram namazı qılınıb - CANLI YAYIMDA
30 İyul 2020 Bələdiyyə sədri və keçmiş icra nümayəndəsi rüşvəti belə alırmış - VİDEO
30 İyul 2020 Təhsil Nazirliyinə iki milyon manat vəsait ayrıldı - SƏRƏNCAM
30 İyul 2020 Azəriqaz” bayram günləri gücləndirilmiş rejimdə çalışacaq
30 İyul 2020 İlham Əliyev general Polad Həşimovla bağlı MÜHÜM TAPŞIRIQLAR VERDİ
30 İyul 2020 Şəkidə də modul tipli xəstəxana açıldı - FOTO
30 İyul 2020 “Azərbaycan bizi aclıqdan xilas etdi, bunu unutmarıq” - Mixeil Saakaşvili
30 İyul 2020 Nyu-Yorkda Qarabağ şüarlarını daşıyan təyyarə havaya qaldırılıb
29 İyul 2020 Bu gündən Həcc ziyarəti başlayıb - VİDEO
29 İyul 2020 Azərbaycanda daha 363 nəfər koronavirusa yoluxdu, 622 nəfər sağaldı
29 İyul 2020 Nərminin qətlində təqsirləndirilən İlkinlə bağlı QƏRAR VERİLDİ
29 İyul 2020 Sosial şəbəkələrdə təhqiramiz fikirlər yazanlar cərimələnəcək - Türkiyədə
29 İyul 2020 Prezident İsmayıllıda modul tipli xəstəxananın açılışında - FOTO
29 İyul 2020 İlham Əliyev İsmayıllıda təməlqoyma mərasimində - FOTO
29 İyul 2020 Prezident Qobustanda modul tipli xəstəxananın açılışında
29 İyul 2020 Rus generallar Tovuz təxribatında iştirak edib? – Politoloqdan sensassion açıqlama