b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_97907288_248104946426557_5503989835225890816_n.jpg

“Cənab Prezident İlham Əliyev dəfələrlə beynəlxalq səviyyəli tədbirlərdə çıxışlarında, eləcə də müsahibələrində Ermənistan hakimiyyətinin qəhrəman elan etdiklərinin faşizmə xidmət etdiyini açıq şəkildə bildirib. Bunların sırasında Paşinyanın babası və Qaregin Njde kimi hərbi cinayətkarlar da var. Hətta sonuncu dəfə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində cənab Prezident demişdi ki, Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir. Görünür artıq dünya ictimaiyyəti Ermənistanı faşizm ideologiyasına xidmət edən ölkə kimi tanımağa başlayır. Bu səbəbdən də Paşinyan çabalayır, tarixi saxtalaşdırma yolu ilə yalan danışır, M.Ə.Rəsulzadə haqqında iftiralar uydurur”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Paşinyanın tarixi saxtalaşdırmaq cəhdi onun Prezident İlham Əliyevin erməni faşizmi ilə bağlı faktoloji çıxışları qarşısında mat vəziyyətinə düşdüyünün göstəricisidir: “Bir balaca siyasi tarixi yaxşı bilən hər kəs bilir ki, M.Ə.Rəsulzadə Paşinyanın babası və Qaregin Njde kimi hərbi cinayətlərdə iştirak etməyib. M.Ə.Rəsulzadə Paşinyanın babası və Qaregin Njde kimi faşistlərin işğal etdikləri ərazilərdə mülki əhalinin, yəhudilərin soyqırımını prosesində rol almayıb. Müharibə illərində Rəsulzadə faşist ordusunda olmayıb. Tarixçilər daha yaxşı bilirlər, Rəsulzadə hələ o zaman başa düşmüşdü ki, almanlar Azərbaycana müstəqillik verməyəcək və bu səbəbdən də o, Almaniyanı tərk etmiş, Türkiyəyə köçmüşdü.

“Paşinyanın Rəsulzadə haqqında işlətdiyi ifadələr yalandır və gülüş doğurur” – deyən Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Paşinyan bu cür savadsızcasına və tarixi anlayışsızlıqla danışmaqla Ermənistanda qəhrəmanlaşdırılan Qaregin Njde kimilərin cinayətlərini, ona qoyduqları heykəllə bağlı beynəlxalq rüsvayçılığı ört-basdır etmək, öz aləmində Prezident İlham Əliyevə cavab vermək istəyir: “Hər kəsə bəllidir ki, bir neçə il öncə Ermənistanda faşist cəllad Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyuldu. Heykəlin açılışında bu ölkənin keçmiş prezidenti iştirak etdi. Təsəvvür edin ki, Ermənistanda 6 metr hündürlüyündə heykəli qoyulmuş Njde Qaregin müharibə dövründə deyirdi ki, Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur. Təsadüfi deyil ki, müharibədən sonra o, SMERŞ tərəfindən həbs edilib, 25 il azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb. Belə bir adamı qəhrəmanlaşdırmaq təbii ki, faşizm ideologiyasına ehtiramdan irəli gəlir”.

Sədaqət Vəliyeva əlavə edib ki, Ermənistan hakimiyyətində təmsil olunanların faşist babalarından ibrət götürmələrini, onların əməllərini davam etdirmələrinin ən bariz nümunəsi Xocalı soyqırımıdır: “Bu arada bir xüsusi məqamı qeyd edim ki, özlərini ildə iki dəfə öldürüb Novxanıya yürüş edib, Rəsulzadənin büstü önündə beş saat yalan-palan danışan Cəmil Həsənli, Əli Kərimli və başqaları Paşinyanın iftiraları qarşısında niyə susurlar. Onlar Paşinyandan niyə çəkinirlər, qorxurlar? Məgər, bu günə qədər Rəsulzadə irsini sümürən, siyasi oyun alətinə çevirən AXCP və Milli Şura deyilmi? Nə oldu axı indi ermənilər Rəsulzadəyə iftira atanda Əli Kərimlinin, Cəmil Həsənlinin səsi çıxmır? Erməni lobbisinin pulu bu qədər şirin imiş? Erməni lobbisinin qrantları Rəsulzadədən bu qədərmi vacibdir? Görünür, Əli Kərimli, AXCP, Milli Şura üçün Rəsulzadə dəyəri də, Azərbaycan xalqı da pul qazanmaq üçün bir vasitədir”.



28 May 2020 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
27 May 2020 Bu il Məhərrəm ayının başlayacağı tarix açıqlandı
27 May 2020 Nazirlik növbəti 190 manat yardım söhbətinə aydınlıq gətirdi
27 May 2020 Emmanuel Makron İlham Əliyevə təbrik məktubu göndərdi
27 May 2020 Azərbaycanda 21 nəfərin yoluxduğu kənddən YENİ XƏBƏR - VİDEO
26 May 2020 Rusiyadan Azərbaycana reyslər bu tarixdən açılacaq
25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Pirsaat Baba ziyarətgahında - FOTO
24 May 2020 Tovuzda Qənirə Paşayevanın təşəbbüsü ilə 150 ailəyə yardım edilib - FOTO
23 May 2020 Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ
23 May 2020 Azərbaycanda əməkhaqqı kartlarının yoxlanılmasına başlanıldı
22 May 2020 Maliyyə şəffaflığı və “kölgəsiz” iqtisadiyyat – İnkişafa aparan yol
22 May 2020 AzTV işdən çıxarılan 9 işçi ilə bağlı məlumat yaydı - MƏTN
22 May 2020 Təhsil Nazirliyi koronavirusa görə şagirdlərlə bağlı mühüm QƏRAR VERDİ
22 May 2020 Metropolitendə Polis Şöbəsinə yeni rəis təyin edildi
22 May 2020 Prezident daha bir icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
22 May 2020 Ukraynadakı sabiq səfirimiz də karantinə alınıb – FOTO
22 May 2020 Azərbaycanda 8 günlük tətil başlayır – RƏSMİ
22 May 2020 Azərbaycanda koronavirusun sürətlə yayıldığı ərazilər - VİDEO
21 May 2020 Rüstəm Usubov vəzifədən azad edildi - SON DƏQİQƏ
21 May 2020 SON DƏQİQƏ! Bu rayona Daxili Qoşunlar yeridildi - 21 nəfər saxlanıldı