b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_ffgfgfgfghfhfhgh.jpg
Azərbaycan Respublikasının Almaniyadakı fəxri konsulu Otto Hauzerin təşəbbüsü ilə Almaniyadakı azərbaycanlı musiqiçilərdən ibarət orkestr fəaliyyətə başlayıb. Otto Hauzer skripkaçı və konsertmeyster, məşhur bəstəkar Səid Rüstəmovun nəvəsi Fəridə Rüstəmova ilə birlikdə 14 musiqiçini bir kamera orkestrində birləşdirdirib.

Artıq ansambl yaradılıb və ilk məşqlər musiqiçilər arasında böyük harmoniyanın olduğunu göstərib. Almaniyada ilk olan Azərbaycan kamera orkestrinin repertuarı Vivaldidən tutmuş bütün Azərbaycan kompozisiyalarına qədər geniş müstəvini əhatə edir. Otto Hauzer jurnalistlər üçün keçirdiyi mətbuat konfransında onlara dəstək göstərən hər kəsə minnətdarlıq ifadə edib: "Biz azərbaycanlı musiqiçilərdən ibarət orkestr fəaliyyətini qurmaqda bizə köməklik göstərən hər kəsə təşəkkür edirik. Xüsusi ilə Azərbaycanın Diaspora İşləri üzrə Dövlət Komitəsinə minnətdarıq. Gələcəkdə orkestrin səfirlik və fəxri konsulluğun rəsmi tədbirlərində də iştirakçı nəzərdə tutulur".

Azərbaycan Respublikasının Diasporla İşlər üzrə Dövlət Komitəsi və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev, ilk dövrlərdən, layihəni dəstəkləyiblər.

Komitə rəhbərliyi qeyd edib ki, Almaniyada Azərbaycan musiqisinin inkişaf etdirilməsi çox vacibdir: "Musiqi azərbaycanlıların milli ruhda yaşaması və Almaniya vətəndaşları arasında dostlar qazanması üçün yaxşı vasitədir. Musiqi xalqları və mədəniyyətləri birləşdirir, eyni zamanda xalqlar və millətlər arasında bir körpü formalaşdırır".

Fəxri konsul Otto Hauzerə görə isə musiqi Almaniya və Azərbaycan arasındakı gözəl bir diplomatiya növüdür. "Belə bir orkestrin formalaşması Almaniyada Azərbaycan diasporunun fəaliyyətinin daha da güclənməsinə öz müsbət təsirini göstərəcəkdir".

Azərbaycanın hərtərəfli dəstəyindən məmnun qaldığını bildirən Otto Hauzer təşəbbüsünün Heydər Əliyev Fondu tərəfindən də bəyənildiyini qeyd edir. Fəxri konsulun sözlərinə görə, Azərbaycan kamera orkestrinin məqsədi, gələcəkdə Almaniyada yaşayan sponsorların dəstəyi ilə, müstəqil konsertlər təşkil etməkdir: "Ümumiyyətlə, sözügedən təşəbbüs Azərbaycan musiqisi klassiklərinin qlobal miqyasda tanınmasında və təbliğində mühüm rol oynayacaq".

Orkestr aşağıdakı ifaçılardan ibarət tərkibdə fəaliyyət göstərir:

Ferhad Mehmet - skripka

Hasən Abasquliyev - skripka

İris İcellioğlu - alt

Nəriman Əkbərov - violonçel

Tair Turqanov - kontrabas

Timur Osmanov - fleyta

Meltem Kandemir - alt

Zeybep Akdil - skripka

Elgün Ağazadə - skripka

Feliks Knarozovski - faqot

Fərəc Əkbərov - klarnet

Fəridə Rüstəmova - skripka

17 Yanvar 2020 MSK Zahir Əzəmətlə bağlı qərar verdi
17 Yanvar 2020 Metro istifadəçilərinə ŞAD XƏBƏR
17 Yanvar 2020 Mənim deputatlıq əqidəm – Ceyhun Musaoğlunun seçki platforması - VİDEO
17 Yanvar 2020 Azərbaycanlı aparıcı təcili əməliyyata götürüldü - Qarnından 5 kilodan çox... - VİDEO
16 Yanvar 2020 Nərminin atası Bakıda ev istəmələrindən DANIŞDI - Jurnalistlərin uydurmasıdır
16 Yanvar 2020 Sənədsiz evlərin sahiblərinə ŞAD XƏBƏR
15 Yanvar 2020 İran “Boeing”in vurulma anının görüntülərini yayan şəxsi həbs etdi - VİDEO
14 Yanvar 2020 Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi
14 Yanvar 2020 Vilayət Eyvazov rüşvət alan polisi işdən çıxardı - VİDEO
13 Yanvar 2020 Tahir İmanov efirdə Nigar Camalı biabır etdi: “Keçmişini yaddan çıxarıb” - VİDEO
13 Yanvar 2020 Bütün icra başçıları Bakıya çağırıldı
13 Yanvar 2020 Azərbaycanda dəhşət: Ər-arvad dəm qazından boğulub öldü
13 Yanvar 2020 Vilayət Eyvazov Vaqif Əsədov və bütün DYP-nin şəxsi heyətini sərəncama götürdü
13 Yanvar 2020 Yol Polisindən yağışlı hava ilə bağlı sürücülərə MÜRACİƏT
11 Yanvar 2020 Tanınmış QHT sədri Səbuhi Abbasovun da namizədliyi qeydə alındı – 47 saylı Mingəçevir Seçki Dairəsindən
11 Yanvar 2020 Nərmini öldürən manyakla bağlı ŞOK FAKTLAR - Əmisi oğlu polis imiş
11 Yanvar 2020 İrandan Ukrayna təyyarəsi ilə bağlı şok açıqlama - Təsadüfən vurulub
10 Yanvar 2020 Xanlar Fətiyev Türkiyədəki təmsilçisini dəyişdi - Yeni kadr
10 Yanvar 2020 Tramp NATO-ya yeni ad təklif edib
10 Yanvar 2020 Nərmini öldürən şəxs saxlanıldı - SON DƏQİQƏ