b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1562687605628149616_1000x669.jpg

Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsinə start verilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Missiya.Az-a verilən məlumata görə, əvvəlcə düşərgə iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər. Sonra gənclər Şəhidlər xiyabanına yollanıb torpaqlarımızın azadlığı uğrunda həlak olan Vətən övladlarının ruhu qarşısında baş əyiblər.

Müqəddəs məkanların ziyarətindən sonra düşərgənin keçiriləcəyi Şamaxı şəhərinə yola düşən diaspor gənclərinin şəhər mərkəzində İmadəddin Nəsiminin heykəli qarşısında təntənəli qarşılanma mərasimi keçirilib. Qarşılanmada milli rəqslər və musiqilər, aşıq musiqisi könülləri oxşayıb.

İyulun 9-da düşərgə iştirakçıları Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsi önünə gül dəstələri qoyduqdan sonra Rayon Mədəniyyət Mərkəzində düşərgənin təntənəli açılışı olub.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqları salamlayıb və “Nəsimi ili”ndə dünya azərbaycanlılarının qədim Şamaxıda bir araya gəlməsini müsbət hadisə kimi qiymətləndirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında Diaspor Gənclərinin Yay Düşərgəsinin ikinci ildir ki, təşkil olunduğunu və xaricdə yaşayan onlarla azərbaycanlının məhz bu irimiqyaslı layihə çərçivəsində doğma Vətəninə gəldiyini diqqətə çatdırıb. Komitə sədri düşərgənin mahiyyəti, dövlətin diaspor siyasətində bu layihənin yeri və eyni zamanda, layihənin hədəfləri barədə ətraflı məlumat verib, iştirakçılara uğurlar arzulayıb. O bildirib ki, Diaspor Gənclərinin Yay düşərgələri həm ölkə daxilində, həm də xaricdə yaşayan gənc azərbaycanlılar arasında böyük rəğbət qazanıb.

Açılış mərasimində Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin aparıcı məsləhətçisi Natiq Əliyev və başqaları çıxış ediblər. Çıxışlarda düşərgənin Azərbaycan diaspor hərəkatının güclənməsində, yeni nəsil diasporun formalaşmasında, xüsusilə xaricdə yaşayan gənclərin şəbəkələşməsində əvəzsiz rol oynadığı diqqətə çatdırılıb.

Mərasim bədii hissə ilə davam edib. Musiqili proqramda milli musiqilərimiz, estrada mahnıları ifa olunub, Nəsiminin şeirlərinin əyləncəli formada təqdimatı olub.

Qeyd edək ki, II Yay Düşərgəsinin proqramı zəngindir. Proqramda xaricdəki diplomatik nümayəndəliyin rəhbərləri və bəzi xarici ölkələrin Azərbaycandakı səfirləri, eləcə də ictimai xadimlər və media nümayəndələri ilə görüşlər, müxtəlif təlimlər, tarixi yerlərə ekskursiyalar və s. nəzərdə tutulub.

Düşərgə çərçivəsində Dünya Azərbaycanlıları Gənclər Forumunun da keçirilməsi planlaşdırılıb.

Açılış mərasiminin aparıcısı Vəsilə Vahidqızı olub.

Qeyd edək ki, Diaspor Gənclərinin II Yay Düşərgəsi Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə keçirilir. Yay Düşərgəsi iyulun 14-də başa çatacaq.

Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsinin həyata keçirilməsində Beynəlxalq Bank, “Kapital Bank”, “Sirab” təbii mineral suları və “Paşa Sığorta” şirkəti yaxından iştirak edir.

Açılış mərasimi ziyafətlə başa çatıb.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_15626876054789044712_1000x669.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_15626876054827917833_1000x669.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_15626876054729459720_1000x669.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_15626876054307233360_1000x669.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_15626876054047747752_1000x669.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1562687605125440163_1000x669.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_15626876052957611851_1000x669.jpg
22 Oktyabr 2019 “Rossiya-24”də Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub - VİDEO
22 Oktyabr 2019 Yüksək rütbəli məmur vəfat etdi
21 Oktyabr 2019 Prezident bu müğənnilərə xalq artisti adı verdi - SİYAHI
21 Oktyabr 2019 Ukraynadakı səfirimizdən rüsvayçı müsahibə - Xudiyev gülüş hədəfi oldu - VİDEO
19 Oktyabr 2019 Radikal müxalifətin ikinci oktyabr iflası
19 Oktyabr 2019 "Mitinqə görə avtobusların hərəkət sxemi dəyişdirildi" - BNA
19 Oktyabr 2019 Bakının mərkəzinə çoxlu sayda polis cəlb olunub - FOTO
18 Oktyabr 2019 Mehriban Əliyeva xalqı təbrik etdi
18 Oktyabr 2019 14 il əvvəlki təxribat və növbəti cinayətə çağırış
17 Oktyabr 2019 "Əli Kərimli çaxnaşma görüntüsü yaradıb, müəyyən dairələrə mesaj ötürməyə çalışır" - Yeganə Hacıyeva
17 Oktyabr 2019 Vilayət Eyvazov generalı təqaüdə göndərdi -FOTO
17 Oktyabr 2019 “Prezidentin xəbərdarlıq etdiyi məmurlar özləri istefa verməlidir” - Siyavuş Novruzov
17 Oktyabr 2019 "Prezidentin çıxışı gələcək inkişaf hədəflərimizi göstərdi"- Ramin Əhmədov
17 Oktyabr 2019 "Maşın şou"da qalmaqal: "Əlini götür get..." - VİDEO
16 Oktyabr 2019 Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16 Oktyabr 2019 ‘Gənc, savadlı kadrları işə cəlb edin’ – Prezidentdən Baş Nazirə tapşırıq
16 Oktyabr 2019 Milli Şuranın mitinqinə icazə verildi - Bu ərazidə
16 Oktyabr 2019 Əli Kərimlinin canlı yayımında rüsvayçı başlıq – Mitinqə söyüşlü çağırış - FOTO
15 Oktyabr 2019 "İlham Əliyev verdiyi hər bir vədi yerinə yetirib" - Ramin Əhmədov
14 Oktyabr 2019 AzTV-də nələri gördük? - Nicat Dağlar yazır