b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_hjhhhh.jpg

"Neft və qaz sahəsindən asılılığın azaldılması əsas prioritetlərimizdəndir".

Missiya.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Beynəlxalq Maliyyə Korporasiyasının iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lankesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Prezidenti İlham Əliyev bildirib: "Mənə verilən məlumata görə, siz Azərbaycan Respublikası Dövlət Neft Fondunun 20 illik yubileyinə həsr olunmuş konfransda iştirak edirsiniz. Bu, bizim əməkdaşlığımızın yaxşı göstəricisidir. Bildiyiniz kimi, ötən 20 il ərzində bizim Neft Fondumuz Azərbaycanın inkişafı üçün çox vacib vasitə rolunu oynayıb. Bununla yanaşı, Fond dünyanın ən şəffaf suveren fondlarından biri kimi BMT tərəfindən mükafata layiq görülüb. Bu Fondun Azərbaycanın inkişafında və sosial problemlərin həllində rolu olduqca böyükdür. Bildiyiniz kimi, Fondun aktivləri hesabına biz qaçqın və məcburi köçkünlər üçün 100-dən artıq qəsəbənin tikintisini maliyyələşdirmişik. Azərbaycan Respublikası Dövlət Neft Fondu insan kapitalına, təhsilə və infrastruktura sərmayə yatırıb. Sizin konfransda iştirakınız da yaxşı göstəricidir. Bildiyimə görə, sizin təsisat vasitəsilə də 250 milyon dollar həcmində sərmayə qoyulub.

Bizim əməkdaşlığımızın çox yaxşı və uğurlu tarixçəsi var. İqtisadiyyatımızın şaxələndirilməsi və dayanıqlı iqtisadi inkişaf üçün zəminin yaradılması planlarını nəzərə alaraq gələcək inkişaf üçün də yaxşı perspektivlər mövcuddur. Neft və qaz sahəsindən asılılığın azaldılması əsas prioritetlərimizdəndir. Əlbəttə, bunu bir günün içində etmək mümkün deyil, ancaq şaxələndirmə və iqtisadiyyatın müasirləşdirilməsi bizə bu asılılığın böyük dərəcədə aradan qaldırılmasına imkan verəcək. Əlbəttə, bildiyiniz kimi, biz biznes mühitinin yaxşılaşdırılmasına mühüm önəm veririk. Fərəhləndirici haldır ki, Dünya Bankının "Doing Business" hesabatına görə, biz dünyanın 10 ən islahatçı dövləti sırasına daxil olmuşuq. Bununla bağlı nail olduğumuz sürətli inkişaf bizim bu sahəyə çox ciddi yanaşmamızın nəticəsində mümkün olub. Bildiyiniz kimi, biz bu məqsədlə xüsusi komissiya yaratmışıq. Həmin komissiya çatışmazlıqları aradan qaldırmaq və vəziyyəti yaxşılaşdırmaq üçün hansı işlərin görülməli olduğunu ətraflı təhlil edib. "Doing Business" hesabatına görə, ümumən, 25-ci yerdə qərarlaşmaq iftixar hissi doğurur. Ancaq ən əhəmiyyətlisi odur ki, bu, biznes mühitinə və Azərbaycanın qeyri-enerji sahəsində inkişafına müsbət təsir göstərir. Gələcək prioritetlərimizə gəldikdə, hesab edirəm ki, insan kapitalı, qeyri-neft sektoru, təhsil, kənd təsərrüfatı, turizm, kiçik və orta sahibkarlığın dəstəklənməsi bizim əməkdaşlığımızın prioritetləri sırasındadır. Əminəm ki, səfəriniz çərçivəsində siz artıq bizim rəsmi şəxslərlə təmaslarınızda gələcəkdə görüləcək işlər barədə müzakirələr aparmısınız. Bir daha Azərbaycana xoş gəlmisiniz".

18 Noyabr 2019 Aİ rəsmisi: "Şərq Tərəfdaşlığına dair yeni təkliflər irəli sürüləcək"
14 Noyabr 2019 Prezident Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordeni təqdim etdi
13 Noyabr 2019 Tramp Ərdoğana 100 milyard dollar qarşılığında S-400-dən imtina etməyi təklif edib
12 Noyabr 2019 Milli Məclisdə 8 deputat yeri boşdur
08 Noyabr 2019 Bayrağımız - milli qürur mənbəyimiz - Əli Həsənov yazır
06 Noyabr 2019 “Əli İnsanov insanları işdən qovurdu, “qanun mənəm” deyirdi” - Siyavuş Novruzov
05 Noyabr 2019 Rəcəb Tayyib Ərdoğan: "Qərb ölkələri erməni terroruna münasibət bildirmirlər"
04 Noyabr 2019 ABŞ Azərbaycanın güc strukturlarına “5” qiyməti verdi
01 Noyabr 2019 Nazirlik bu şəxslərin pensiya artımları ilə bağlı məlumat yaydı
30 Oktyabr 2019 İslahatlara qarşı çıxanlar cəzalandırılacaq - Əli Həsənov
29 Oktyabr 2019 Rəsmi Bakı David Tonoyanı “xəstə” adlandırdı
28 Oktyabr 2019 Prezidentdən yeni - SƏRƏNCAM
25 Oktyabr 2019 İlham Əliyev Bakıdan dünyaya səsləndi: “Qarabağ əzəli Azərbaycan torpağıdır” - VİDEO
23 Oktyabr 2019 Prezident: “Bəzi hallarda dövlət məmurları haqsız rəqabət aparırlar”
22 Oktyabr 2019 Siyavuş Novruzov mitinqlə bağlı çağırış etdi - “Hamı münasibət bildirsin”
21 Oktyabr 2019 Baş Prokurorluq: Polis əməkdaşları hər hansı güc tətbiqinə və zorakı hərəkətlərə yol verməyib
17 Oktyabr 2019 Prezidentin iradları və NONSES: Hörmətli nazir, eşitdiniz? – Müşavirəyə jurnalistikadan baxış
16 Oktyabr 2019 Prezident: Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
14 Oktyabr 2019 Nazir: Saxta əlillik dərəcəsi almaq istəyənlərin çoxu 18 yaşına çatmayan oğlanlardır
11 Oktyabr 2019 Prezidentin köməkçisi: "Azərbaycanın seçki sistemi dünya üçün nümunədir"