b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_rffrfggfghghhhhh.jpg
Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinə qanunsuz səfəri zamanı səsləndirdiyi təxribatçı fikirləri ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına Ermənistan Xarici İşlər Nazirliyi kifayət qədər xaotik və məntiqi izahı olmayan cavab verib.
 
Missiya.Az xəbər verir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsi Ermənistan XİN-in bu cavabını şərh edib.
 
Şərhdə deyilir: "Hesab edirik ki, Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycana qarşı silahlı təcavüz həyata keçirərək ölkəmizin Dağlıq Qarabağ və ətraf bölgələrini qanunsuz güc tətbiqi ilə işğal edən, bu ərazilərdəki azərbaycanlı əhaliyə qarşı tam etnik təmizləməni həyata keçirən və Xocalı şəhərində soyqırımı aktı törədən bir ölkənin Azərbaycanı sivil normalara və ədəb-ərkana riayət etməməkdə, habelə dözümsüzlükdə ittiham edə biləcək subyektləri sırasında ən sonuncudur.
 
Üstəlik, Ermənistan XİN Azərbaycan hökumətini N.Paşinyanın Xankəndidə Ermənistan, Qarabağ və diaspor üçün "birlik, həmrəylik, inkişaf və tərəqqi” mövzusunda etdiyi çıxışının mahiyyətini və məzmununu başa düşməməkdə inandırmağa çalışır. Bu ölkənin baş nazirinin arxasınca, "nəcib niyyətini” oxşar və yöndəmsiz şəkildə izah edən Ermənistan XİN faktiki olaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə münasibətdə rəsmi Ermənistan tərəfindən anneksiya siyasətinin aparıldığını etiraf edir.
 
Ermənistan tərəfinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin məntiqinə xələl gətirən belə bir qeyri-adekvat yanaşmanı nümayiş etdirməsi regional gərginliyə səbəb olur və bunun məsuliyyəti bütünlüklə Ermənistanın üzərinə düşür. Ermənistan XİN-in başa düşməkdə çətinlik çəkdiyi, Azərbaycan Xarici İşlər Nazirliyinin 6 avqust tarixli kifayət qədər aydın bəyanatında məhz bu fikirlər qeyd edilir.
26 Fevral 2020 Azərbaycan Ordusu koronavirusa görə hərəkətə keçdi -RƏSMİ
25 Fevral 2020 Prezident Hikmət Hacıyev və Fərəh Əliyevaya yeni vəzifə verdi
24 Fevral 2020 AZAL İrana uçuşları dayandırır? - RƏSMİ
21 Fevral 2020 Ərdoğanla Putinin həlledici telefon danışığı
19 Fevral 2020 "Xalqımız yüksək fəallıq göstərdi və öz seçimini etdi" - PA-dan parlament seçkiləri ilə bağlı AÇIQLAMA
18 Fevral 2020 Nursultan Nazarbayev İlham Əliyevi təbrik etdi
17 Fevral 2020 Namizədlərin şikayətləri niyə DSK-lara göndərilir? - MSK-dan AÇIQLAMA
14 Fevral 2020 Prezident İlham Əliyev Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışdı
13 Fevral 2020 İlham Əliyev: Seçkilərdə pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq
11 Fevral 2020 Prezident: "Bəzi beynəlxalq müşahidə missiyalarının mənfi rəyinə çoxdan öyrəşmişik"
10 Fevral 2020 Sədr müavini: “Yaxın günlərdə MSK-nın kəskin addımlarının şahidi ola bilərsiniz”
07 Fevral 2020 ATƏT sədri Məmmədyarov-Mnatsakanyan görüşündən danışdı
05 Fevral 2020 Ərdoğan Türkiyənin Suriya ilə bağlı yeni strategiyasını açıqlayıb
04 Fevral 2020 İlham Əliyev: “Şəhər nəqliyyatı bərbad vəziyyətdədir”
03 Fevral 2020 Azərbaycanlı mütəxəssisdən Ermənistanın öyündüyü qırıcı ilə bağlı AÇIQLAMA
29 Yanvar 2020 “Koronavirus”un yayılma miqyası atipik pnevmoniyanı keçdi
27 Yanvar 2020 Azərbaycanda 6 nəfər korrupsiya faktına görə işdən çıxarılıb - RƏSMİ
24 Yanvar 2020 Prezident Davosda görüş keçirdi - FOTO
22 Yanvar 2020 ABŞ-dan gözlənilməz qərar: Bu ölkənin vətəndaşlarına qadağa
21 Yanvar 2020 İlham Əliyev İsveçrədə görüş keçirdi - FOTO