b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_2020-02-03-16-15-10LUqKMqxZ9bHtd8vX6kR9_fileg.jpg
Bakı Ağır Cinayətlər Məhkəməsində “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru, dövlətə xəyanətdə ittiham edilən Aslanov Polad İsrayıl oğlunun cinayət ili üzrə hazırlıq iclası keçirilib.
 
Missiya.Az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.
 
Prosesdə vəkil Elçin Sadıqov təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi və məhkəmə prosesində müdafiəçisinin yanında əyləşməsi ilə bağlı vəsatət verib.
 
Vəsatətlər təmin edilməyib
 
Baxış iclası fevralın 10-a təyin edilib.
 
Qeyd edək ki, P.Aslanov ötən ilin iyun ayında saxlanılıb. Rəsmi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Polad İsrayıl oğlu dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılıb.
 
Müəyyən edilib ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılıb.
 
Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib.
 
İstintaq zamanı Polad Aslanovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı materiallar əldə edilib, Polad Aslanov törətdiyi cinayət əməlləri barədə ətraflı məlumatlar verib.
 
Polad Aslanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib

25 Sentyabr 2020 Bakıda polis polkovniki qətlə yetirildi
24 Sentyabr 2020 İsmayıllıda avtomobil dərəyə aşdı: Bir nəfər öldü
17 Sentyabr 2020 Bakıda tanışını öldürən şəxs tutuldu
16 Sentyabr 2020 Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var
15 Sentyabr 2020 Bakıda fəhlə 11-ci mərtəbədən yıxılaraq öldü
14 Sentyabr 2020 Bakıda kişi özünü 12-ci mərtəbədən atdı
14 Sentyabr 2020 Azərbaycanda dəhşət: Gəlin qayınatasını bıçaqladı
11 Sentyabr 2020 Sumqayıtda 32 yaşlı kişini öldürən tutuldu
11 Sentyabr 2020 Azərbaycanda qardaş bacısını öldürdü
10 Sentyabr 2020 Bakı sakini bir yaşlı bacısı oğlunu avtomobillə vuraraq öldürüb
10 Sentyabr 2020 Azərbaycanda külli miqdarda pul mənimsəyən şirkət rəhbəri həbs edildi
10 Sentyabr 2020 Abşeronda baş verən dəhşətli qəzanın görüntüləri +18 VİDEO
10 Sentyabr 2020 17 yaşlı yeniyetmə dostu tərəfindən bıçaqlandı
07 Sentyabr 2020 Bakıda 50 yaşlı qadın pəncərəni silərkən yıxılıb öldü
07 Sentyabr 2020 Azərbaycanda polis onu söyən qonşusunu güllələdi
07 Sentyabr 2020 “Semaşko”da 38 yaşlı xarici vətəndaş koronavirusdan öldü
07 Sentyabr 2020 Nazirlik əməkdaşı bu statusu yazıb intihar etdi
04 Sentyabr 2020 Bakıda ahıl kişi avtobusda öldü
04 Sentyabr 2020 Aşan krana görə Azadlıq prospektinə giriş bağlandı - Foto
03 Sentyabr 2020 Salyan sakinini Bakıda avtomobil vuraraq öldürdü