b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1568188600_2017-06-14-22-15-55emeliyyat.jpg
Bakı Şəhər Baş Polis İdarəsi, Xətai RPİ Cinayət-Axtarış Şöbəsi, Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi intensiv uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğunda şübhəli bilinən dəstə ifşa olunaraq istintaqa verilib.
 
Bakı Şəhər Baş Polis İdarəsi Mətbuat Xidmətindən Missiya.Az-a verilən məlumata görə, Xətai rayon sakini H.Əsgərov sentyabrın 9-da paytaxt sakinləri – 1970-ci il təvəllüdlü A.Abbasovaya 25000 manat borcu olduğuna görə, onun sifarişi ilə 1985-ci il təvəllüdlü K.Kazımlı tərəfindən Bakıxanov qəsəbəsində yerləşən kafelərin birinə dəvət edilib. Əvvəllər məhkum olunan, kriminal aləmə meyilli, 1982-ci təvəllüdlü V.Allahverdiyev, Sumqayıt şəhər sakinləri – əvvəllər məhkum olunan 1988-ci il təvəllüdlü Ş.Hüseynov və 1992-ci il təvəllüdlü F.Eminoğlu tərəfindən məcburi qaydada, iradəsindən kənar avtomobilə əyləşdirərək A.Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparıblar.
 
Onlar həmin ünvana daha sonra gələn Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1987-ci il təvəllüdlü N.Kazımlının iştirakı ilə H.Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25000 manatın əvəzinə 30000 manat ödəməsini bildirərək işgəncə veriblər. Alınan pulun müqabilində A.Abbbasova həmin şəxslərə 10000 manat verəcəyini vəd edib.
 
Keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində V.Allahverdiyev, A.Abbasova, N.Kazımlı və onun həyat yoldaşı K.Kazımlı müəyyən olunaraq saxlanılıb, zərərçəkən H.Əsgərovun girov saxlandığı yerdən sağ-salamat azad olunub.
 
Faktla bağlı Xətai RPİ-nin İstintaq şöbəsində CM-nin 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə cinayət işi başlanılıb.
 
Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1568188661_1568188334_pul.jpg
 
12 Dekabr 2019 DİN özünü metroda qatar yoluna atan şəxslə bağlı məlumat yaydı
09 Dekabr 2019 Azərbaycanda ailə faciəsi - Bir ailənin 4 üzvü zəhərləndi, ana öldü
25 Noyabr 2019 Azərbaycanda yüksək vəzifəli məmur qəzaya düşdü: Arvadı və sürücüsü öldü
25 Noyabr 2019 Xırdalanda dəhşətli qətl: Qardaş qəbiristanlıqda bacısının başını kəsdi - FOTO
19 Noyabr 2019 Bakıda tuneldə qəza: yük maşını belə aşdı - ANBAAN VİDEO
14 Noyabr 2019 Xaçmazda qatar gənci parçalara böldü - Ayağı 32 metr kənardan tapıldı
11 Noyabr 2019 Bernardonu bıçaqlayan şəxs SAXLANILDI
06 Noyabr 2019 3-cü dəfə həbsə düşən məhkum: "Özümə nifrət edirəm, çox peşmanam" - VİDEO
05 Noyabr 2019 DTX əməliyyat keçirdi - Əcnəbi vətəndaş saxlanıldı
30 Oktyabr 2019 DİN Yevlaxda əməliyyat keçirdi - FOTO
26 Oktyabr 2019 Bakıda dəhşətli qətl: Boğazını kəsib quyuya atdılar
25 Oktyabr 2019 SON DƏQİQƏ! Azərbaycanlı ekstrasens Moskvada güllələndi
17 Oktyabr 2019 Milli Məclisin yanında dəhşətli qəza - VİDEO
14 Oktyabr 2019 Şamaxıda 3 yaşlı uşaq xlorofos içdi, təcili Bakıya gətirildi
10 Oktyabr 2019 Döyülərək öldürülən 18 yaşlı Aygün haqqında YENİ FAKTLAR - VİDEO
08 Oktyabr 2019 Azərbaycanda dəhşət: gənc qızı ölümcül döyüb yol kənarına atdılar
07 Oktyabr 2019 Bakıda liftlərdə seksual hərəkətlər edən manyak saxlanıldı
27 Sentyabr 2019 Bakıda cinsi azlığı zorladılar, döydülər və kənddən qovdular
26 Sentyabr 2019 Beş piyadanın üzərindən keçən azərbaycanlı azadlığa buraxıldı - VİDEO
23 Sentyabr 2019 Azərbaycanda sosial şəbəkə istifadəçisi paylaşımına görə tutuldu