b_550_325_16777215_00_images_xeber_sekilleri__24.10.2018_n71.jpg

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 26-28 aprel 2019-cu il tarixlərində keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına başlayıb. 

Missiya.Az-a BŞH-dan verilən xəbərə görə, sayca dördüncü dəfə keçiriləcək Azərbaycan Qran Prisinin təşkilatçılıq işlərinə ümumilikdə 3 min könüllünün cəlb olunması planlaşdırılır. Bir sıra yeniliklərin nəzərdə tutulduğu könüllülük proqramına seçilmək üçün namizədlərdən xarici dil bilikləri tələb olunacaq. 

Müraciət edənlərin sayı çox olduğuna görə seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Müsahibə mərhələsindən uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər istiqamətlərdən birinə yönləndiriləcək. 

BŞH Akademiyası könüllülərin yarışlara yüksək səviyyədə hazırlanması ilə yanaşı onların peşəkar inkişafına da diqqət göstərir. Belə ki, builki hazırlıq prosesində könüllüləri onların daha çox fərdi və peşəkar inkişafı üçün müxtəlif istiqamətlərdə təlimlər, bir çox fərqli mövzuda seminarlar və danışıq klubları gözləyir. 

Burda onlar müxtəlif sahələri əhatə edən təlimlərdə iştirak edərək, yeni məlumatlar qazana və fikir mübadiləsi apara bilərlər.  Könüllülərdə komanda ruhunu artırmaq və kollektivlə işləmək bacarığını inkişaf etdirmək məqsədi ilə müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulub. Bu cür tədbirlər isə öz növbəsində sosiallıq yaradaraq onlara yeni dostlar tapmağa kömək edəcək.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisində iştirak üçün ən az 16 yaşında olmaq, ingilis dilini əla dərəcədə bilmək (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), gərgin rejimdə işləmək bacarığı, güclü həvəs və əzmkarlıq tələb olunur. 

Qeyd edilən tələblərə uyğun hər kəs http://volunteers.bakucitycircuit.com linkinə daxil olaraq könüllü kimi qeydiyyatdan keçə bilər.

05 Fevral 2020 Həbib ərəblərin 100 milyon dollarlıq təklifini rədd etdi
20 Yanvar 2020 Siqarət çəkən iki futbolçu millidən qovuldu
13 Yanvar 2020 Güləşçilərimizdən 5-ci qızıl medal - FOTOLAR
18 Dekabr 2019 Klublararası dünya çempionatının ilk finalçısı məlum olub
11 Dekabr 2019 Ançelotti istefaya göndərildi
19 Noyabr 2019 İtaliyanın Ermənistana 9 qol vurduğu oyununun - VİDEOSU
08 Noyabr 2019 "Qarabağ" Kiprdə APOEL-ə uduzub
04 Noyabr 2019 APOEL - "Qarabağ" matçının hakimləri bəlli olub
25 Oktyabr 2019 Rəşadın "Qarabağ"a baha başa gələn səhvi - VİDEO
22 Oktyabr 2019 Formula-1 Azərbaycan Qran Prisinin biletləri satışda - Endirimlə 710 AZN
14 Oktyabr 2019 Hollandiyalı hakim Azərbaycandan üzr istəyib
02 Oktyabr 2019 Teymur Rəcəbov Dünya Kubokunun finalında qələbə qazanıb
02 Oktyabr 2019 Hacı Əliyev məşqçilərini tənqid etdi: “Xalça üzərində tək qaldım”
21 Avqust 2019 "Barselona" PSJ ilə razılığa gəldi
15 Avqust 2019 “Barselona” Neymar üçün yeni təklif göndərib
14 Avqust 2019 "Qarabağ"ın Avropa Liqasındakı rəqibi bəlli olub
05 Avqust 2019 Həmyerlimiz beynəlxalq yarışda çempion oldu - Qızı medal - VİDEO
03 Avqust 2019 "Neftçi" və "Qarabağ"ın potensial rəqibləri bəlli oldu
20 İyun 2019 PSJ Neymarın qiymətini açıqlayıb
18 İyun 2019 "Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu