b_550_325_16777215_00_images_xeber_sekilleri_03sentyabr2018_n54.jpg
Azərbaycanın daha 4 idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.

Missiya.Az Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən xəbər verir ki, ağırlıqqaldırma üzrə yığmanın üzvü Rövşən Fətullayev 96 ay (8 il) müddətinə bütün yarışlardan kənarlaşdırılıb. "Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısından alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində xorionik qonadotropin (hCG) və morfin aşkarlanıb. Onun cəzası 18 yanvar 2018-ci il tarixindən qüvvəyə minib.

Boksçu İman Əhmədli orqanizmində meldonium maddəsi tapıldığı üçün 12 aylıq diskvalifikasiya olunub. Onun cəzası 5 mart 2018-ci il tarixindən hesablanır.

Voleybolçular - İftixar Abdullayev 24 ay, Sabina Saviç isə 48 ay müddətinə cəzalanıb. Orqanizmində betametazon maddəsi aşkarlanan İ.Abdullayevin cəzası 16 iyul 2018-ci il tarixindən qüvvəyə minib. Cəzası 22 may 2018-ci ildən hesablanacaq S.Saviç isə qadağan olunmuş metamfetamin (D-) və amfetamin maddələrindən istifadəyə görə sanksiya ilə üzləşib.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın daha 20 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün AMADA tərəfindən cəzalandırılıb. 
08 Noyabr 2019 "Qarabağ" Kiprdə APOEL-ə uduzub
04 Noyabr 2019 APOEL - "Qarabağ" matçının hakimləri bəlli olub
25 Oktyabr 2019 Rəşadın "Qarabağ"a baha başa gələn səhvi - VİDEO
22 Oktyabr 2019 Formula-1 Azərbaycan Qran Prisinin biletləri satışda - Endirimlə 710 AZN
14 Oktyabr 2019 Hollandiyalı hakim Azərbaycandan üzr istəyib
02 Oktyabr 2019 Teymur Rəcəbov Dünya Kubokunun finalında qələbə qazanıb
02 Oktyabr 2019 Hacı Əliyev məşqçilərini tənqid etdi: “Xalça üzərində tək qaldım”
21 Avqust 2019 "Barselona" PSJ ilə razılığa gəldi
15 Avqust 2019 “Barselona” Neymar üçün yeni təklif göndərib
14 Avqust 2019 "Qarabağ"ın Avropa Liqasındakı rəqibi bəlli olub
05 Avqust 2019 Həmyerlimiz beynəlxalq yarışda çempion oldu - Qızı medal - VİDEO
03 Avqust 2019 "Neftçi" və "Qarabağ"ın potensial rəqibləri bəlli oldu
20 İyun 2019 PSJ Neymarın qiymətini açıqlayıb
18 İyun 2019 "Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu
18 İyun 2019 Azərbaycan idmançıları II Avropa Oyunlarına yola salındı - FOTO
12 İyun 2019 Rövnəq Abdullayev təcili iclas keçirdi
03 İyun 2019 İbrahimoviçdən daha bir qayçıvari qol - VİDEO
30 May 2019 “Çelsi” Bakıda Avropa Liqasının qalibi oldu - VİDEO
29 May 2019 Xəyal Əhmədov: “Gücümüzü artıran prezidentimizin bizə olan etimad və diqqətidir!”
20 May 2019 Ronaldu kubokla oğlunun başını əzdi – VİDEO