b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_adasdqw.jpg

“Regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi işində Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın oynadığı mühüm rolu da qeyd etmək istərdim”.

Missiya.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edən zaman deyib.

Dövlət başçısı bildirib ki, bütövlükdə həm sülhməramlı missiya baxımından, həm də regionda uzunmüddətli əməkdaşlıq baxımından tərəfdaşlığın formatı bu gün yeni xüsusiyyətlər kəsb edir.

“Mənim fikrimcə, bu, region ölkələrinin əsas mənafelərinə uyğundur, çünki bizim region ölkələri, təbii ki, təhlükəsizliyin möhkəmlənməsi məsələlərində də əsas rol oynamalıdırlar. Üçtərəfli Bəyanatda razılaşdırılmış məqamlar onu göstərir ki, xoş məram və konstruktiv yanaşma olduqda əvvəllər həlledilməz hesab olunan məsələləri həll etmək olar.

Sizinlə biz nizamlama prosesinin bütün peripetiyalarını yaxşı bilirik. Lakin şadam ki, həm Azərbaycan xalqına, həm də Ermənistan xalqına sülh şəraitində yaşamağa, müharibənin vurduğu yaraları sağaltmağa çalışmağa, gələcək barədə, birgə gələcək barədə bizim üçün, qonşularımız üçün təhlükəsiz gələcək barədə düşünməyə çalışmağa imkan verəcək və bununla da regionumuzda təhlükəsizliyin möhkəmlənməsi işinə töhfə verəcək qərarlara nail ola bilmişik.”


03 Dekabr 2020 Erməni nazirin açıqlamasına - XİN-dən cavab
03 Dekabr 2020 Ərdoğan: Dağlıq Qarabağ münaqişəsində yeni era başladı
03 Dekabr 2020 Prezident xüsusi sessiyada çıxış etdi
03 Dekabr 2020 Mövlud Çavuşoğlu və Ceyhun Bayramov arasında telefon danışığı olub
03 Dekabr 2020 İrəvanda etirazçılar Paşinyan barəsində cinayət işi başlanmasını tələb edirlər
03 Dekabr 2020 Azərbaycanda bir dəqiqəlik sükut olacaq - VAXT AÇIQLANDI
03 Dekabr 2020 Ərdoğan İlham Əliyevlə görüşəcək
03 Dekabr 2020 MN: 1 245 hərbi qulluqçumuzun müalicəsi davam etdirilir
03 Dekabr 2020 MN: Şəhidlərin adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu açıqlanacaq
03 Dekabr 2020 Azərbaycanın 100-dən artıq hərbçisi itkin düşüb
03 Dekabr 2020 Tərtər polisi Suqovuşan və Talışda xidməti fəaliyyətini bərpa edib
03 Dekabr 2020 Laçın rayonunun Hüsülü və Malıbəy kəndlərinin görüntüləri - VİDEO
03 Dekabr 2020 Ərdoğan Qələbə paradında iştirak etmək üçün Azərbaycana gəlir
03 Dekabr 2020 Türkiyədə COVID-19-a qarşı peyvəndlərin tətbiqinin tarixi məlum olub
02 Dekabr 2020 Xankəndidə Azərbaycan manatı işləyəcək - AÇIQLAMA
02 Dekabr 2020 Nazir məktəb direktorlarının dərsləri qeyri-düzgün bölməsindən danışdı
02 Dekabr 2020 Azərbaycanda 1 ay sonra koronavirusa yoluxma azalacaq - PROFESSOR
02 Dekabr 2020 TƏBİB: Sərt məhdudiyyətlərin tətbiqi qaçılmaz ola bilər
02 Dekabr 2020 Professor: "Qorunma tədbirlərindən başqa əlimizdə heç nə yoxdur"
02 Dekabr 2020 İşçi qrupun üzvü: "Vəziyyət belə davam edərsə, çətinliklə üzləşəcəyik"