b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_1602072279_ilham-6_1.jpg

“Bizdə İranın Ermənistana silahlar göndərməsi barədə hər hansı bir məlumat yoxdur”.

Missiya.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İran və Gürcüstan öz hava sahəsini və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağlayıb:

“Buna görə bir daha İran və Gürcüstan hökumətlərinə təşəkkürlərimizi bildiririk. Bizdə olan məlumata görə, Gürcüstan ərazisindən mülki şəxslərə məxsus və karqo təyyarələri vasitəsilə gizli şəkildə silah göndərilir. Ermənistan bu yaxınlarda bir təyyarə satın alıb. Onun qiyməti 30-40 milyon dollardır.

Bu təyyarəni alan Rusiyada yaşayan zəngin iş adamlarıdır. Karapetyan, Abramyan və başqaları Rusiyada yaşayan erməniləri muzdlu kimi Qarabağda bizə qarşı vuruşmaq üçün göndərirlər.

Eyni zamanda, L-76 təyyarəsini almaq Ermənistana imkan verdi ki, gizli yollarla o silahları ölkələrinə ötürsün. Çünki hər dəfə hərbi təyinatlı məhsullar göndəriləndə bu, bəyan edilir. Onların bəyanatlarında isə bu, mülki karqodur. Amma bunun içində “Kornet”, “Konkurs”, “İqla”dır.

Bununla yanaşı, bizdə olan məlumata görə, Rusiyadan gizli yollarla alınan raketlər Ermənistana göndərilir. Ona görə biz ICAO-ya (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) rəsmən müraciət etdik ki, bu məsələ araşdırılsın və dayandırılsın. Bu, beynəlxalq cinayət sayılır”.

Prezident bildirib ki, qaçaqmalçılıq yolu ilə Ermənistana silah göndərilməsi qəbuledilməzdir.

 

23 Oktyabr 2020 Donald Trampın Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyi açıqlanıb
23 Oktyabr 2020 Baş infeksionist əhaliyə müraciət etdi
23 Oktyabr 2020 DİN-dən əhaliyə terror xəbərdarlığı - "102" -yə zəng edin
22 Oktyabr 2020 "Birliyimizi pozmağa cəhd edən xainlərin bütün cəhdləri iflasa uğrayacaq" - Ramin Əhmədov
22 Oktyabr 2020 Azərbaycanda koronavirusa yoluxmada yeni rekord qeydə alındı: Altı nəfər öldü
22 Oktyabr 2020 Ermənistanda günlük yoluxma 2 mini keçdi
22 Oktyabr 2020 İmmuniteti artıran dərmanlar koronavirus üçün təhlükəli imiş
21 Oktyabr 2020 Hikmət Hacıyev Ermənistanın baş nazirinə cavab verib
21 Oktyabr 2020 Azərbaycan ordusu 24 günə Ermənistana illik büdcəsi qədər ziyan vurub
19 Oktyabr 2020 Hərbçimiz 27 il sonra Füzulidəki doğma evini ziyarət edib - VİDEO
19 Oktyabr 2020 İşğalçı Ermənistan, tarixi reallığı tanı!
18 Oktyabr 2020 Ermənistanın xüsusi təyinatlıları ordumuzun həmləsinə tab gətirməyərək qaçdı - VİDEO
18 Oktyabr 2020 Müdafiə Nazirliyi: Ermənistanın növbəti Su-25 təyyarəsi vuruldu
18 Oktyabr 2020 Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir
18 Oktyabr 2020 Ağdam atəşə tutulub, xəsarət alan var - RƏSMİ
18 Oktyabr 2020 Düşmənin sıradan çıxarılan texnikaları - SİYAHI
17 Oktyabr 2020 BMT Təhlükəsizlik Şurası Qarabağa görə toplanır
16 Oktyabr 2020 İşğaldan azad olunandan sonra Cəbrayılda ilk dəfə azan səsləndi
16 Oktyabr 2020 Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 509 yeni yoluxma
16 Oktyabr 2020 Fransanın qırmızı bülletenlə axtarışa verdiyi terrorçu Türkiyədə saxlandı