b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_2020-02-11-09-30-56dK2ADTnXl1FZZckhN3LY_file.jpg
Bakı Apelyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, sabiq deputat Dünyamin Xəlilov və İsmayıl Hidayət-zadənin barələrində olan hökmdən verilən şikayətlərə baxılıb. məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
 
Belə ki, Cahangir Hacıyevin 16 il 6 ay həbs cəzasından 3 ay azaldılıb və üzərində qəti olaraq 16 il 3 ay azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Digərlərinin isə cəzası dəyişdirilmədən saxlanılıb.
 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay, sabiq deputat Dünyamin Xəlilov isə əvvəlki cəzası ilə toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən İsmayıl Hidayət-zadəyə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Digər təqsirləndirilən şəxslər - Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov barəsində isə şərti cəza təyin edilİB. C.Hacıyev mənimsəmə və israf etmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və digər əməlləri törətməkdə təqsirli bilinib. Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib. Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib. Xatırladaq ki, bundan əvvəl də C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmənin qərarı ilə İ.Hidayət-zadənin cəzası 5 ilə endirilib. Sentyabr ayında Nizami Rayon Məhkəməsi İ.Hidayət-zadənin cəzasının qalan hissəsinin şərti hesab edilərək azadlığa buraxılması barədə qərar verib.
20 Fevral 2020 MSK nəticəsi ləğv edilən dairələrlə bağlı görəcəyi tədbirləri açıqladı
20 Fevral 2020 Azərbaycanda təhlükəli virusun yayıldığı kənddən görüntülər - VİDEO
19 Fevral 2020 Əhali ən çox bu rayonların polisindən narazıdır - SİYAHI
19 Fevral 2020 Prezidentə şikayətlərin artdığı və azaldığı rayonların adları - SİYAHI
19 Fevral 2020 Gəncədə baş vermiş dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO
18 Fevral 2020 Onlar təkrar seçkidə eyni dairəni seçə bilməz?
18 Fevral 2020 Tovuzda bəy öz toyunda uşaqlıq arzusunu reallaşdırdı - VİDEO
17 Fevral 2020 MSK-nın iclası keçirilir - Bu dairə ilə bağlı qərar verildi
17 Fevral 2020 Baş prokuror rəisi işdən ÇIXARDI
17 Fevral 2020 Pərviz "Survivor"da komanda yoldaşını qorudu, DAVAYA DÜŞDÜ - VİDEO
14 Fevral 2020 Rasim Balayevdən üzücü xəbər - Ağır əməliyyat olundu
14 Fevral 2020 Eldar Əzizovdan YENİ TƏYİNAT - FOTO
13 Fevral 2020 Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı açıqlama: “İfadələri alınır”
12 Fevral 2020 Deputat seçilən Nigar Arpadarai istefa verir
12 Fevral 2020 Etiraz aksiyasında xəsarət alanlarla bağlı məlumatlara polisdən reaksiya
11 Fevral 2020 Türkiyənin 5 şəhid verməsindən sonra Əsəd ordusuna ağır zərbə vuruldu - VİDEO
11 Fevral 2020 DİN seçki ilə bağlı videogörüntülərə münasibət bildirdi
10 Fevral 2020 Milli Məclisin ilk iclasını Fəttah Heydərov aparacaq
10 Fevral 2020 Trampı öldürmək üçün Ağ Evə gələn şəxs saxlanılıb
09 Fevral 2020 Azərbaycanda ən çox qar hara yağıb? - FAKTİKİ HAVA