b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_cffffdggg.jpg

“Yanında bir xanım da vardı və Məhəmməd Əmin bəy onunla söhbət edirdi”.

Türkiyənin Azərbaycandakı Səfirliyi və Türkiyə və Azərbaycan İşadamları və Sənayeçilər İctimai Birliyinin dəvəti ilə Bakıda səfərdə olan Türkiyənin nüfuzlu tarixçisi, professor İlbər Ortaylı Azərbaycan istiqlal hərəkatının lideri Məhəmməd Əmin Rəsulzadə haqqında xatirəsini TÜİB sədri Hüseyin Büyükfırat ilə bölüşüb.

Missiya.Az xəbər verir ki, İlbər Ortaylı lisey şagirdi olduğu vaxt qatıldığı toplantılardan birində gördüyü Məhəmməd Əmin Rəsulzadəni belə xatırlayıb:
“O zaman uşaq idim, səhv etmirəmsə, 1954-ci il olmalıdır, orta məktəbdə oxuyurdum. Yanılmıramsa, Ankarada bir şənbə günü Türk Ocağında toplantı vardı. Çox qələbəlikdi, atam-anam da oradaydı.

Təbii, Məhəmməd Əmin Rəsulzadə adı yadımda qalıb, azərbaycanlıların lideri olduğu deyilirdi. Yanında bir xanım da vardı və Məhəmməd Əmin bəy onunla söhbət edirdi. Mənsə bir şagird olaraq, onların yan-yörəsində dolaşırdım.

Birdən anamgilə dedim ki, baxın, rusca danışırlar. Bizimkilər də rusca danışa bilirlər. O zaman Rusiyadan gələnlərin çoxu – rus oldu-olmadı, rusca danışmağı sevirdilər.

Ancaq anam dedi ki, onlar rus yox, polyak dilində, lex dilində danışırlar. Atamla da Polşa haqqında danışdılar.

Məhəmməd Əmin Rəsulzadə rus, polyak, həmçinin alman, fransız, fars dillərini çox yaxşı bilirdi.

İndi baxıram ki, Rusiya İmperiyasında formalaşan türk münəvvərlər var. Ancaq onları Rusiya yetişdirməyib. Onlar Tağıyev və başqa xeyriyyəçilərin maddi dəstəyi, ya da öz imkanları hesabına oxuyaraq, yetişiblər”.




yenicag.az
20 İyul 2019 İlham Əliyev idmançılara pul mükafatı verdi
20 İyul 2019 "İçib tank sürmürəm ki, maşın sürürəm" - Ağsaqqal sürücü - VİDEO
19 İyul 2019 Bakıda evsizlərə ŞAD XƏBƏR – VİDEO
17 İyul 2019 Boris Conson müsəlmanları “geridəqalmış” adlandırdı
17 İyul 2019 Yol polisindən avtoyuma məntəqələri ilə bağlı - XƏBƏRDARLIQ
16 İyul 2019 Zelenskidən böyük uğur - Razılıq əldə olundu
15 İyul 2019 Xalq artistinin vəziyyəti ağırlaşdı - Türkiyəyə aparıldı
15 İyul 2019 İki aprel şəhidinin yaxınları evləndi - toydan maraqlı görüntülər - VİDEO
13 İyul 2019 Azərbaycanda baş verən silahlı insidentin TƏFƏRRÜATLARI - YENİLƏNİB
12 İyul 2019 Vilayət Eyvazov ölkənin bütün rəislərini topladı - İclas keçirilir
11 İyul 2019 Azərbaycanda dövlətə xəyanət edən şəxslə bağlı YENİ MƏLUMAT
10 İyul 2019 Zelenski məmuru iclasdan qovdu: Rədd ol, quldur! - VİDEO
10 İyul 2019 Ərdoğan: Abdulla Gül və Əhməd Davudoğludan incimişəm
09 İyul 2019 Bu ixtisası seçənlərə əlavə 200 manat təqaüd veriləcək
09 İyul 2019 Azərbaycanda DƏHŞƏT – Mikroavtobus qəzaya uğradı – 8 ölü, 1 yaralı
08 İyul 2019 Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb
08 İyul 2019 Piyadadan 10 manat rüşvət alan polislər İŞDƏN ÇIXARILDILAR
04 İyul 2019 Suriyada Bəşər Əsədə qarşı vuruşan azərbaycanlı: “Zülmə etiraz edirdim”
04 İyul 2019 Prezident yeni dövlət qurumu yaratdı - FƏRMAN
27 İyun 2019 Rusiyada sərnişin təyyarəsi qəza enişi edib: Pilotlar ölüb - VİDEO