b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_dersaqq.jpg

Sentyabrın 28-dən dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilib.

Missiya.az xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb.

Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu 2 oktyabr saat 23:59-da başa çatacaq.

Namizədlər qeydiyyat zamanı şəxsi səhifə yaradaraq elektron ərizələrinə müvafiq məlumatları daxil edib, tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.

Namizədlər təhsil haqqında sənəd (diplom və ona əlavə) və əmək kitabçasını elektron ərizədə müvafiq xanalara yükləyərkən əmək kitabçası və təhsil haqqında sənədin yazılı qeydlər olan bütün səhifələrinin skan edilərək ayrı-ayrılıqda vahid fayl formatında olmasını nəzərə almalıdırlar.

İmtahan mərhələsində iştirak zamanı yaşadıqları şəhər və ya rayona ən yaxın imtahan mərkəzinə yönəldiləcəkləri üçün namizədlər elektron qeydiyyatdan keçərkən “faktiki yaşadığı rayon/şəhər” xanasında hazırkı yaşayış yerini qeyd etməlidirlər.

Müsabiqənin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək.

Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID 19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin olunacaq.

Qeyd edək ki, müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, beş ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda üç il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.


19 Oktyabr 2020 Şahdağ parkında yanğın başlayıb
19 Oktyabr 2020 Ermənistan hərbi cinayət törədir
18 Oktyabr 2020 Anar Eyvazov: “Ordumuz tərəfindən daha kəskin tədbirlər görüləcək”
18 Oktyabr 2020 Ermənistana məxsus daha bir PUA məhv edilib
18 Oktyabr 2020 Ordumuz ermənilərə məxsus hərbi hissə ələ keçirib - VİDEO
17 Oktyabr 2020 Düşmənin “S-125” zenit raket kompleksi sıradan çıxarıldı – RƏSMİ
17 Oktyabr 2020 Xocalı soyqırımının iştirakçısı olan polkovnik məhv edildi
17 Oktyabr 2020 Prezident: “Günahsız insanların, şəhidlərin qisasını döyüş meydanında alacağıq”
16 Oktyabr 2020 Düşmənin Gəncəyə raket hücumu zamanı 20-dən çox ev dağılıb - FOTO
16 Oktyabr 2020 Dağıntılar altından iki ağır yaralı çıxarıldı - Evlər dağılıb
16 Oktyabr 2020 Ermənistan silahlı birləşmələri İran ərazisinə raketlər atır - RƏSMİ
16 Oktyabr 2020 İlham Əliyev: “Ermənistan ordusunun iki milyard dollarlıq silahını məhv etmişik”
16 Oktyabr 2020 Abşeronda COVİD-19 əleyhinə təbliğat işləri davam etdirilir
16 Oktyabr 2020 Koronavirusa yoluxan şagirdlərin sayı artdı
16 Oktyabr 2020 Erməni polkovnik ağır yaralandı, oğlu isə məhv edildi
15 Oktyabr 2020 Baş Prokurorluq saxta videolarla bağlı araşdırmalara başladı
15 Oktyabr 2020 Azərbaycanın öz torpaqları uğrunda mübarizəsi dünya mediasında - VİDEO
15 Oktyabr 2020 Ermənistanın daha bir polkovniki məhv edildi
15 Oktyabr 2020 Dövlət Miqrasiya Xidməti ölkədəki əcnəbilərə müraciət edib
14 Oktyabr 2020 Azərbaycan PUA-ları mülki əhaliyə qarşı tətbiq olunmur - RƏSMİ