b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_AZAL_Azerbaijan_Airlines_Airbus_A340-542_4K-AZ86.jpg

Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) internet səhifəsində (www.azal.az) Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə bilet satışına başlanılıb. 

Bu barədə Missiya.Az-a AZAL-dan məlumat verilib. 

Uçuşlar iyulun 2-dən avqusutun 29-na qədər, həftədə iki dəfə (cümə axşamı və şənbə günlər) həyata keçiriləcək. AZAL-la yanaşı iyulun 1-dən etibarən “Türk Hava Yolları” şirkəti də Bakı və İstanbul arasında həftədə iki dəfə (çərşənbə və cümə günlər) uçuşlar yerinə yetirəcək.

Beləliklə, iyulun 1-dən etibarən Bakı və İstanbul arasında xüsusi aviareyslərin sayı həftədə 4 dəfəyə qədər artırılacaq. Bunun sayəsində tələbələrin və vətəndaşların digər ölkələrdən İstanbul üzərindən tranzit keçməklə Azərbaycana qayıtması üçün imkan yaranacaq. Bundan əlavə, həmin reyslərdə AZAL xarici ölkələrdə təhsil alan, miqrasiya vəsiqəsində müvafiq qeyd olan Azərbaycanlı tələbələrə 30% güzəştlə aviabilet təqdim edəcək.

AZAL-ın saytında aviabilet alışı zamanı tələbələr miqrasiya vəsiqəsinin surətini aviaşirkətin çağrı mərkəzinə göndərməlidirlər və onlara güzəştli aviabiletin dəyərinin ödənilməsi üçün link göndəriləcək. Xüsusilə qeyd etmək lazımdır ki, miqrasiya vəsiqəsinin əsli hava limanında qeydiyyat zamanı təqdim edilməlidir. Miqrasiya vəsiqəsi olmadığı təqdirdə sərnişin reysə buraxılmayacaq.

Yeni qaydalara uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş sərnişinlər uçuşlara buraxılır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı belədir: 

– İnci laboratoriyası. Ünvan: Bülbül prospekti, 40. Əlaqə telefonu: +994 51 229 49 80;

– Referans kliniki laboratoriya mərkəzi. Ünvan: Mirzəbala Məmmədzadə küçəsi. Əlaqə telefonu: +994 70 653 00 33;

– Memorial Klinik. Ünvan: Qara Qarayev prospekti, 38a. Əlaqə telefonu: +994 12 520 30 40.

Daha əvvəl məlumat verildiyi kimi, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən “Memorial Sağlık Grubu” klinikaları və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi

İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə Nazirliyi (və ya digər səlahiyyətli orqan) tərəfindən sertifikasiya olunan laboratoriyadan yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində müayinədən keçmə barədə arayış təqdim edə bilər.

İstənilən halda test uçuşdan ən gec 48 saat əvvəl verilməlidir.

Nazirlər Kabinetinin qərarına əsasən, həmin reyslə Bakıya gələn bütün sərnişinlər iki həftəlik özünütəcrid rejiminə keçməli olacaqlar. Bu məqsədlə, uçuş zamanı özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməklə bəyannamə doldurmalı olacaqlar. 8103 nömrəsinə SMS göndərməklə alınan icazə həmin şəxslərə şamil olunmur.

AZAL-ın yeni qaydalarına əsasən yalnız qadın əl çantasının və ya kişi portfelinin, yaxud 30x35x10 sm ölçüdən böyük olmayan portativ kompyüter üçün çantanın (çanta yalnız təyinatı üzrə istifadə edilməlidir) əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj bölməsinə təhvil verilməlidir. “Duty Free” mağazalarından alınan əşyaların da təyyarədə əl yükü qismində daşınması qadağandır.



13 İyul 2020 Azərbaycanın güclü ordusu var - QHT SƏDRİ
13 İyul 2020 Rəhim Qazıyev DTX tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanılıb - RƏSMİ
12 İyul 2020 Bu gün verdiyimiz şəhidlərin adları bilindi: Yaralılardan biri vəfat etdi - RƏSMİ
11 İyul 2020 Baş Nazir bağlanmış banklarla bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərdi
11 İyul 2020 Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri artırıldı
10 İyul 2020 BDU-i və Yasamal Rayon İH-i onlayn tədbir keçirib - FOTOLAR
10 İyul 2020 Siyəzəndə SMS icazə olmadan küçəyə çıxanlar cəzalandırıldı - FOTO
10 İyul 2020 Vilayət Eyvazovdan yeni əmr
09 İyul 2020 Azərbaycanda saxta arayış verən xəstəxananın vəzifəli şəxsləri ilə bağlı cinayət işi açıldı - RƏSMİ
09 İyul 2020 “XXI Əsrin Qadınları” insan alverinə qarşı layihənin icrasına başlayr
09 İyul 2020 Koronavirusa görə Azərbaycanın bu rayonuna giriş-çıxış məhdudlaşdırıldı - FOTO
09 İyul 2020 Vilayət Eyvazovdan yeni təyinat
08 İyul 2020 Daha iki rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq - RƏSMİ
08 İyul 2020 Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü, 542 yeni yoluxma
08 İyul 2020 Azərbaycanda yas mərasimi yarımçıq dayandırıldı - FOTO
07 İyul 2020 Bakıda maşını 180 km sürətlə sürən qadın saxlanıldı
07 İyul 2020 Azərbaycanda baş həkim COVID-19-a yoluxub
07 İyul 2020 Azərbaycanda polkovnik-leytenant vəfat etdi - FOTO
07 İyul 2020 Azərbaycanda daha bir telekanalın əməkdaşları koronavirusa yoluxdu
06 İyul 2020 BDU alimləri “HORİZON 2020” üzrə beynəlxalq qrant müsabiqəsinin qalibi olublar