b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_61462152_451564372072000_797868566975086592_n.jpg


                                                                                           Məqsəd RƏHİMOV


Dünyada milyonlarla insan tərəfindən izlənilən ən mötəbər yarışlardan biri də futbol üzrə Avropa Liqasıdır. Belə bir böyük Avropa turnirinin final qarşılaşması bu dəfə doğma Bakımızda keçirilir. Böyük uğurdur! Bu hadisə həm də ölkəmizin yüksək inkişaf mərhələsinə çatdığının göstəricisi kimi də qəbul olunmalıdır.

Bu gün bütün dünyanın diqqəti paytaxtımıza - əzəmətli Olimpiya stadionuna yönəlib. Hə, lap yerinə düşər, desək ki, DANIŞIR VƏ GÖSTƏRİR BAKI!

“Arsenal” yoxsa “Çelsi”? İndi futbol azarkeşləri arasında dolaşan ən əsas sualdır bu. Bizim cavabımı isə qətidir - Qalib Azərbaycan olacaq! Cünki Avropanın ən güclülərindən birini müəyyən edəcək bu qarşılaşma ölkəmizə olan marağın artmasına, Azərbaycanın təbliğ olunmasına və sözsüz ki, turizmin inkişafına xidmət edəcək. Amma...

...Təəssüf elədiyimiz məqamlar da yox deyil. Belə böyük perspektivlər vəd edən turnirin Bakıda keçirilməsi, həm daxildə, həm də xaricdə ölkəmizə qarşı çirkin kampaniyalar aparanları daha da “özündən çıxarıb”. Onlar Azərbaycanda təşkil olunan mötəbər turnirlər, beynəlxalq yarışlar və zirvə toplantıları zamanı dövlətimizin imicini ləkələmək məqsədilə müxtəlif çirkin oyunlara əl atırlar. Yaxşı bilirlər ki, beynəlxalq tədbirlər Azərbaycanın dünyadakı nüfuzunu artırır.

Belə böyük idman və musiqi yarışlarında bəzi ermənipərəst təşkilatlatlar təhlükəsizlik baxımından ölkəmizdə guya problemlər olduğuna dair əsassız iddialarla çıxış edir, görülən işlərə qara yaxmağa çalışırlar. Londonun “Arsenal” futbol klubunun erməni yarımmüdafiəçisi Henrix Mxitaryanın Bakıdakı finala gəlməkdən imtina etməsini bəhanə edən bu kimi qurumlar ölkəmizdəki vəziyyətin guya qorxulu olduğunu önə çıxarmaq, ölkəmizə gəlmək istəyən turistlərdə xof yaratmaq üçün dəridən-qabıqdan çıxırlar.

Çox yaxın tarixdə Azərbaycan I Avropa oyunlarına ev sahibliyi etdi. Yüksək səviyyədə təşkil olunmuş bu oyunlara Avropanın 50 ölkəsindən 10 000 idmançı qatılmişdı. Azərbaycanı təhlükəli bir ölkə kimi göstərməyə çalışan haylar yarışlara 18 idmançı ilə qatılmışdılar. Bundan başqa, digər ölkələri təmsil edən idmançılar arasında da ermənilər var idi. Onların təhlükəsizliyi yüksək səviyyədə qorundu, bu idmançılara Bakını gəzməyə, istirahət etməyə şərait yaradıldı. Ukraynanı təmsil edən erməni əsilli idmançı Qevorq Manukyan Azərbaycan prezidenti İlham Əliyevin mükafatlandırma mərasimi zamanı etdiyi jesti yüksək qiymətləndirdiyini dilə gətirmişdi. 17 gün davam edən yarışları Avropa ölkələrindən gələn çoxsaylı turistlər islədi və təhlükəsizliklə bağlı hər hansı problem və çətinlik yaranmadı, bütün idmançılar və turistlər Azərbaycanın gözəlliyindən, yaradılan şəraitdən, mətbəxindən xüsusi həzz aldılar. Bundan sonra, Bakıda 42-ci Şahmat Olimpiadası və “Formula-1” Avropa Qran-pri yarışları keçirildi. 2017-ci ildə Azərbaycan dördüncü İslam Həmrəylik Oyunlarına ev sahibliyi etdi. Bütün bu mötəbər tədbirlər yüksək səviyyədə təşkil olundu və gələn hər bir qonağın, idmançıların təhlükəsizliyi yüksək səviyyədə qorundu.

Bu günlərdə Bakının ev sahibliyi etdiyi Aerobika Gimnastikası üzrə 11-ci Avropa Çempionatının iştirakçıları sırasında Rusiya təmsilçiləri olan erməni əsilli Qarsevan Canasyan və Duxik Canasyan ölkəmizə gəlib. Onlar Azərbaycanda özlərini çox rahat və sərbəst hiss etdiklərini, təşkilatçılığın yüksək səviyyədə olduğunu bildiriblər. Erməni bacı-qardaşın sözlərinə görə həm yarış şəraiti, həm də təhlükəsizlik baxımından hər şey əladır: “İdman zalı və məşq zalı mükəmməldir. Burada əsl idman atmosferi var. Yerli əhali çox mehribandır, müraciət edəndə hamı kömək etməyə çalışır” – deyə idmançılar bildirib. Bax elə bu da Azərbaycanın imicinə xələ gətirmək istəyən Mxitaryan kimi təxribatçıya tutarlı cavabdır.

Bütün bu faktlar onu deməyə imkan verir ki, Azərbaycan istənilən böyük tədbirlərə, mötəbər yarışlara ev sahibliyi etməyə qadirdir. Ölkəmiz bunu bütün dünyaya sübut edib. Buna görə də belə mühüm tədbirlərə ev sahibliyi etmək üçün beynəlxalq qurumların və idman təşkilatlarının Azərbaycana etimad göstərməsi təsadüfi deyil.
Bu, Azərbaycanın dünyadakı çəkisinin göstəricisi və Prezident İlham Əliyevin gərgin əməyinin nəticəsidir.



02 İyun 2020 Könül Xasıyevaya ağır itki üz verdi - FOTO
01 İyun 2020 İcra başçısı müavinini işdən çıxardı
01 İyun 2020 Azərbaycanda YENİLİK - Bu şəxslərə 525 dollar veriləcək
29 May 2020 Azərbaycanda bir sıra məhdudiyyətlər aradan qaldırılır - RƏSMİ
28 May 2020 Prezident Cümhuriyyət abidəsini ziyarət etdi - FOTO
26 May 2020 Bakıda beşmərtəbəli yaşayış binasında uçqun
25 May 2020 Bütün kənd nəzarətə götürüldü - Koronavirus yayılır
21 May 2020 Prezident Ağstafaya yeni icra başçısı təyin etdi
21 May 2020 Azərbaycanda koronavirusa görə sakinlərlə polis arasında kütləvi dava
21 May 2020 Azərbaycanda koronavirusdan vəfat edənlər necə dəfn olunur? - RƏSMİ
15 May 2020 İri ticarət mərkəzləri və “Mall”lar işləyəcək? - RƏSMİ AÇIQLAMA
15 May 2020 Naxçıvanda koronavirusa yoluxanların və ölənlərin sayı açıqlandı
14 May 2020 Azərbaycanda general və yüksək rütbəli hərbçilər saxlanıldı - RƏSMİ
14 May 2020 Azərbaycanda bu qurumun əməkdaşları koronavirusa yoluxdu - RƏSMİ
14 May 2020 DTX-nin həbs etdiyi məmurun restoranının söküntüsü başladı - FOTO
13 May 2020 DTX və Baş Prokurorluq DSX-də əməliyyat keçirdi - RƏSMİ
12 May 2020 Prezident İlham Əliyev fərman imzaladı - Bu nazirliyin səlahiyyəti artırıldı
12 May 2020 Operativ Qərargahdan karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA
12 May 2020 DTX nazirlikdə keçirdiyi əməliyyatla bağlı məlumat yaydı - VİDEO
12 May 2020 "Azəriqaz"dan qaz sayğacları ilə bağlı AÇIQLAMA