b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_00-001-000100.jpg

Azərbaycan müstəqillik tarixinin ən şanlı günlərini yaşayır. Sentyabrın 27-dən başlayan Zəfər Yürüşü 10 noyabrda Prezidentin masada qələbəsi ilə başa çatdı. Döyüş meydanında diz çökdürülən Ermənistan kapitulyasiyaya aktını imzalamağa və ərazilərimizi təhvil verməyə məcbur edildi.

Nəticədə:

Azərbaycan xalqı şəhid vermədən, qan tökülmədən Ağdama, Laçına və Kəlbəcərə qovuşur…

Razılaşmanın müvafiq bəndinə uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana təhvil verildi. Həqiqətdir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarının bir metrini belə qaytarmaq firkində olmayıb. Əgər belə olmasaydı, bütün istiqamətlərdə olduğu kimi Ağdamın cəbhə xəttində də müasir müdafiə sistemi qurmazdılar. Ermənistanın 30 il ərzində qurduğu müdafiə istehkamları çox mürəkkəb quruluşu ilə seçilir və bir neçə müdafiə xəttindən ibarətdir.

Əlbəttə ki, ermənilərin 30 il ərzində qurduğu müdafiə xəttini 44 gün müddətə darmadağın edən Azərbaycan Ordusu, Ağdamdakı istehkamları da asanlıqla yara biləcəkdi. Amma bu proses insan itkisi olmadan mümkün deyildi. Amma baxın, Azərbaycan Prezidenti İlham Əliyevin dəmir iradəsi, diplomatik məharəti və prinsipiallığı nəticəsində Ağdam rayonu bir güllə atılmadan azad edildi. Bununla həm insan, həm də hərbi texnika itkisinin qarşısı alınmış oldu.

İkinci Qarabağ Müharibəsi Azərbaycan dövlətinin həm hərbi, həm siyasi, həm də iqtisadi gücünü bütün dünyaya nümayiş etdirdi:

Hərbi - Dünyanın super gücləri 30 yaşlı gənc dövlətin hərbi gücünü, müasir silahlarını döyüş meydanında heyranlıqla izlədi, analizlər apardı və özü üçün nümunələr götürdü. Hərbi gücümüz Azərbaycanı qalib dövlətə çevirdi.

İqtisadi - Müharibə aparmaq böyük xərc tələb edir. Azərbaycan iqtisadiyyatının müharibə aparacaq gücdə olduğunu bütün dünya gördü. Bu mükəmməl nəticə uzun illər ərzində qurulan düzgün iqtisadi sistemin, cəlb olunan investisiyaların lazımi istiqamətlərə yönəldilməsinin bariz nümunəsidir.

Siyasi - Ölkə başçısının siyasi iradəsi nəticəsində imzalanan 10 noyabr razılaşması Azərbaycanın diplomatic müstəvidəki gücünü göstərdi. Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz qaytarılması, Naxçıvana kolidorun verilməsi Azərbaycan Prezidentinin xüsusi siyasi səyləri nəticəsində mümkün oldu.

Beləliklə:

Prezident İlham Əliyev həm siyasət, həm də imformasiya cəbhəsində döyüşdü, haqqlı mövqeyindən bir addım də geri çəkilməyərək beynəlxalq aləmi öz iradəsinə tabe etdirdi. Ordumuz isə döyüş meydanında qəhrəmanlıq nümunələri yaratdı.Nəticədə Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu.

Missiya.Az


03 Dekabr 2020 Zəfər Gününün tarixi dəyişdirildi - RƏSMİ
03 Dekabr 2020 Ermənistan müxalifəti Paşinyanın yerinə namizəd tapdı – 76 yaşlı türk düşməni
03 Dekabr 2020 Vəkil Adil İsmayılov koronavirusdan vəfat edib
03 Dekabr 2020 Laçın şəhərinin görüntüləri - VİDEO
03 Dekabr 2020 Ürəyindən yaralanmış qazimiz Elçindən sevindirici xəbər - FOTO
02 Dekabr 2020 Xəzər dənizində zəlzələ oldu
02 Dekabr 2020 Hulusi Akar: "Sonadək Azərbaycanın yanında olacağıq"
02 Dekabr 2020 Vladimir Putin Qarabağdan danışdı
02 Dekabr 2020 Hər il noyabrın 10-u Azərbaycanda Zəfər Günü kimi qeyd ediləcək
01 Dekabr 2020 Azərbaycanda sərt karantin tətbirləri tətbiq olunmalıdırmi? – COVİD-19-un təhlükəli sürəti və qorxulu rəqəmlər
01 Dekabr 2020 Rusiya MN türk əsgərinin Qarabağdakı sülh missiyası haqda açıqlama verdi
01 Dekabr 2020 Erməni analar Paşinyana ümidini itirib, Putinə yalvarırlar: "Yalvarırıq, bizə kömək edin" - VİDEO
01 Dekabr 2020 Müharibə zamanı düşmənə satılanlar - Onları hamı tanımalıdır - VİDEO
01 Dekabr 2020 Ali Baş Komandanın xalqa müraciəti - TAM MƏTN
01 Dekabr 2020 Rusiya sülhməramlıları Laçında erməni bayrağını çıxardılar
30 Noyabr 2020 Azərbaycan Ordusu Laçın rayonuna daxil olub - RƏSMİ VİDEO
30 Noyabr 2020 Azərbaycan Müdafiə Nazirliyindən Türkiyəyə TƏŞƏKKÜR
30 Noyabr 2020 Sülhməramlı kontingent üçün növbəti maddi-texniki təminat vasitələri gətirilib - VİDEO
30 Noyabr 2020 Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ AÇIQLAMA
30 Noyabr 2020 İraq Parlamentinin Baş katibi Azərbaycan Prezidentinə məktub yazıb