b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_aaaaaaaaaaaaaaaaaaaaaaaaaat6.jpg

“Xeyr, əlbəttə ki, xeyr. Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq”. 

Missiya.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində müxbirin “Dağlıq Qarabağı geri qaytarandan sonra Siz Madrid prinsiplərində qeyd olunduğu kimi, onların öz müqəddəratını təyinetmə hüququna hörmət edəcəksinizmi və referenduma razılıq verəcəksinizmi?” barədə sualına cavabında səsləndirib.

Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağda heç bir referendum olmayacaq:

“Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər.

Onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks təsir verən yanaşmadır.

Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Lakin o, Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Öz müqəddəratını təyinetmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var.

Məsələn, mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər.

Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq, heç vaxt”.


04 Dekabr 2020 Prezident xanımı ilə Şəhidlər Xiyabanını ziyarət edib
04 Dekabr 2020 Prezident: "Şəhidlərimizi ehtiramla yad edirik!"
04 Dekabr 2020 Türk dünyası “Vikipediya”da: Bir ay ərzində 60-dan çox məqalə yaradılıb
04 Dekabr 2020 Türkiyə səfirliyi Azərbaycan xalqına başsağlığı verib
02 Dekabr 2020 DiktatorTV-nin təhlükəli fəaliyyəti: Manaf Cəlilzadəyə qarşı cinayət işi niyə açılmır?
02 Dekabr 2020 Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
02 Dekabr 2020 Şəhid olduğu deyilən əsgər sağ qayıtdı - Kəşfiyyatçı ilə müsahibə - VİDEO
01 Dekabr 2020 Prezident İlham Əliyev xalqa müraciət edib
01 Dekabr 2020 Ermənilər İsveçrədə "Qarabağ" restoranına hücum edib - VİDEO
30 Noyabr 2020 Bu gün Laçın işğaldan azad edilir
30 Noyabr 2020 Azərbaycan Ordusu Laçına girir - VİDEO
30 Noyabr 2020 Erməni əsgərin döyüşlərlə bağlı etirafı: "Onların gəlişi, ölüm mələyinin gəlişi kimi idi, qaçırdıq"
30 Noyabr 2020 Paşinyan hakimiyyətini itirə bilər - Prezident Sarkisyan baş nazirə qarşı çıxdı
27 Noyabr 2020 Azərbaycan hərbçiləri Zod qızıl mədəni ətrafında - Paşinyandan reaksiya - VİDEO
27 Noyabr 2020 Paşinyan ölkədə çevriliş ehtimalından danışdı: “Qan tökməyə çalışırlar” – “Qarabağ klanına” açıq işarə
27 Noyabr 2020 Ermənilər Laçını belə boşaldır – Noyabrın 30-na qədər vaxt verilib - VİDEO
27 Noyabr 2020 Allahverdi Bağırovun qızları 27 il sonra onun qəbrini ziyarət etdi - VİDEO
26 Noyabr 2020 Səfir Fransa Senatının Qarabağla bağlı qərarını şərh edib
25 Noyabr 2020 Ordumuz Kəlbəcərə hansı istiqamətlərdən daxil olub? - AÇIQLAMA
24 Noyabr 2020 Kəlbəcərin girişində olan "Artsax" sözü götürüldü