b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_ilham-eliyev_8.jpg
Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışı zamanı Ermənistanın təxribatçı addımları, köçürmə siyasəti, Beynəlxalq qurumların işğalçı ölkənin davranışlarına səssiz qalması ilə bağlı maraqlı məqamlara toxunub.

Ölkə başçısından sitat: “Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır. Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur. Qeyri-qanuni məşkunlaşdırma 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi pozulmasıdır. Bu, müharibə cinayətidir. Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz”.

Danılmaz faktdır ki, Ermənistan hakimiyyəti uzun illərdir Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma aparır, yeni yaşayış məskənləri salır.

Hər fürsəti öz xeyirinə istifadə edən Ermənistan hakimiyyəti minlərlə insanın yaralandığı, yüzlərlə şəxsin öldüyü Beyrut partlayışından da hərtərəfli istifadə etdir. Azərbaycan Livanın paytaxtı Beyrutda partlayış baş verən zaman zərər çəkmiş insanlara yardım etdiyi halda, Ermənistan rəhbərliyi evsiz-eşiksiz qalan Beyrut ermənilərini Azərbaycanın işğal olunmuş ərazilərinə köçürməklə məşqul olur.

Ölkə başçsı çıxışında bu məsələyə də toxunaraq, Dağlıq Qarabağda və ətraf rayonlarda həyata keçirilən məskunlaşmanın heç bir hüquqi əsası olmadığını qeyd edib.

Bir çox siyasi şərhçilər və araşdırmaçılar Ermənistanın Azərbaycan torpaqlarına köçürdüyü Livan və Suriya erməniləri ilə bağlı konkret sübutlara dayanan faktlar səsləndirirlər. Məlumatlara görə, Ermənistan hakimiyyəti müharibədə döyüşmək üçün Livan və Suriyadan “erməni ailələr” adı altında terrorçuları Azərbaycan ərazilərinə köçürür. Həmin ailələr planlaşdırılan müharibə zamanı Azərbaycana qarşı istifadə olunacaq. Digər məlumatlara görə, Ermənistanın ASALA terror təşkilatının üzvləri Azərbaycan ərazisindədir və onlar da ölkəmizə qarşı təşkil olunan məkirli planın tərkib hissəsidir. ASALA müxtəlif vaxtlarda dünyanın müxtəlif ölkələrində terrorlar törədib və minlərlə insanın həyatına son qoyub.

ASALA-nın terror fəaliyyəti ilə bağlı qısa xülasə:

7 fevral 1975 - Livanın paytaxtı Beyrutda Türkiyə informasiya və turizm bürolarının ofisində quraşdırılmış bombanı zərərsizləşdirmək istərkən, bomba işə düşmüş və bir nəfər livanlı polis ağır xəsarət almışdı.

ASALA terror aktına görə məsuliyyəti öz boynuna götürmüşdü.

20 fevral 1975 - Livanın paytaxtı Beyrut şəhərində Türkiyə avia şirkətinin ofisinin qarşısında partlayıcı qurğu işə düşür, ofisin binasına ciddi ziyan dəyir.

14 oktyabr 1975 - Fransanın paytaxtı Pariş şəhəri Türkiyənin bu ölkədəki səfiri İsmail Erez və onun sürücüsü Talip Yener qətlə yetirilir, ESƏD məsuliyyəti öz boynuna götürür, lakin sonra ASALA bu terror aktını onun təşkil etdiyini bildirir. Mütəxəssislərin fikrincə bu aksiyanın təşkilində hər iki terror təşkilatı iştirak etmişdir.

(ASALA-nın terror fəaliyyətini bu linkdən oxuya bilərsiniz https://az.wikipedia.org/wiki/ASALA-n%C4%B1n_%C9%99m%C9%99liyyatlar%C4%B1n%C4%B1n_siyah%C4%B1s%C4%B1).

Həmçinin Ermənistan hakimiyyəti Dağlıq Qarabağda YPG\PKK terror qruplaşmalarının üzlərini yerləşdirir. Bu faktlara bağlı dünya mediasına bir çox xəbərlər dərc olunub.

Azərbaycan Prezidenti BMT Baş Assambleyasının iclasındakı çıxışında bu məsələnin üzərində dayanıb və Ermənistan hakimiyyətini ifşa edən faktları dünya ictimaiyyətinə çatdırıb.

Prezidentdən sitat: “Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları Azərbaycana qarşı istifadə edir. Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir. Ermənistan Azərbaycana qarşı 30-dan artıq terror aktı törədib. Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var. Erməni terrorçuları 24 türk diplomatını qətlə yetirib. Paris şəhərinin Orli hava limanında terror aktı törədərək müxtəlif ölkələrin vətəndaşlarını qətlə yetirən ASALA terror təşkilatının Varujan Karapetyan adlı üzvü daha sonra Ermənistana ekstradisiya olunmuş və Ermənistan prezidenti tərəfindən əfv edilmişdir. Həmin terrorçu Ermənistanda qəhrəman kimi qəbul edilir. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub”.

Rəsmi Bakının bütün çağrışlarını, Beynəlxalq Təşkilatların qətnamələrini heçə sayan işğalçılar köçürmə siyasətlərini, terrorçularla əməkdaşlıqlarını davam etdirməklə yanaşı, Dağlıq Qarabağı və ətraf rayonları erməniləşdirməyə, qədim erməni torpağı kimi təqdim etməyə çalışırlar. Həmçinin Ermənistan Azərbaycana məxsus tarixi abidələri dağıdır, təbii sərvətləri qeyri-qanuni yollarla istismar edir.

Çıxışı zamanı Ermənistanın Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı həyata keçirdiyi terrordan danışan İlham Əliyev bildirib ki, bugünkü Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni miras dağıdılaraq talan edilib.

Prezidentdən sitat: “Ermənistan işğal edilmiş ərazilərimizdə də Azərbaycanın tarixi və dini abidələrini dağıtmışdır. Məqsəd isə orada azərbaycanlıların bütün izlərini silməkdir. Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz olaraq təbii ehtiyatları istismar edir və süni ekoloji böhran yaratmaq məqsədilə su ehtiyatlarından istifadə edir. Azərbaycanın işğal altında olan ərazilərində qızıl və digər qiymətli metal və minerallar hasil edən Ermənistan onları beynəlxalq bazarlara ixrac edir. Bu, qanunsuz biznes fəaliyyəti və çirkli pulların yuyulması sxemidir. Azərbaycanın təbii ehtiyatlarını qanunsuz istismar edən beynəlxalq şirkətlər qeyri-qanuni fəaliyyətlərini dərhal dayandırmadıqları halda onlar hüquqi məsuliyyətlə üzləşəcəklər. Azərbaycan işğal edilmiş ərazilərimizdə təbii ehtiyatlarımızın qanunsuz istismarı ilə məşğul olan şəxs və şirkətlərə qarşı artıq hüquqi addımlar atmağa başlayıb”.

Ermənistan rəhbərliyi Azərbaycanın milli-mənəvi dəyərlərinə təcavüz etməklə yanaşı, yeni ərazilərimizi işğal etməyi, müxtəli təxribatlar törətməyi planlaşdırır. İşğalçı ölkə bu iddiasını açıq şəkildə ifadə edir və Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibəyə” prinsipini önə sürür, Azərbaycanın strateji obyektlərinə zərbələr endiriləcəyi, Gəncə və Mingəçevir şəhərlərinin bombalanacağı barədə sərsəm bəyanatlar səsləndirilir.

Azərbaycan Prezidentinin dünyaya bəyan etdi ki, Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlara başlayacaq.

Çıxışında Ermənistanın baş nazirinin Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etdiyini xatıraladan Azərbaycan Prezidenti, işğalçı ölkənin müdafiə nazirinin “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatına da toxunub: “Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna – Mingəçevir su anbarı və Bakının yaxınlığında yerləşən dünyanın ən iri neft-qaz terminallarından biri olan və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələyirlər. Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik”.

Ölkə başçısı beynəlxalq qurumlara səslənərək onlardan Ermənistanın addımlarına qiymət verməyi tələb edib.

Təəssüf ki, bütün çağırışlara baxmayaraq, nə ATƏT, nə BMT, nə də digər nüfuzlu qurumlar erməni təcavüzünə adekvat reaksiya vermir və çəkindirici addımlar atmırlar.

Müşahidələr göstərir ki, qeyd edilən beynəlxalq qurumlar yalnız özlərinə sərf edəndə, öz maraqlarına uyğun siyasət yürüdülməyəndə sərt mövqe nümayiş etdirir, sanksiyalar tətbiq edirlər. Məsələn, hər hansı dövlət BMT təhlükəsizlik surasının üzvlərindən birinin maraqlarına uyğun siyasət yeritməsə, o dəqiqə Qərbin hegemon dairələri həmin dövləti hədəfə alır, ağır sanksiyalar tətbiq edir, müxtəlif təzyiq kampaniyaları həyata keçirirlər. Elə isə, nədən 30 ilə yaxındır Azərbaycan ərazilərini işğal altında saxlayan, regionda təhlükəsizliyə birbaşa təhdid olan Ermənistana qarşı belə sərt mövqe nümayiş etdirilmir? Niyə Ermənistana sanksiya tətbiq olunmur?

Prezidentin bu kimi hallara dair fikirlərinə diqqət edək:

“Ermənistanda insan hüquqları geniş şəkildə pozulur. Hakimlər təzyiq və şantaja məruz qalır, jurnalistlər, müxalifət fəalları və siyasi opponentlər despotik rejim tərəfindən həbs edilir. Ermənistanda faktiki olaraq diktatura qurulub. Ölkənin iki sabiq prezidentinə qarşı cinayət işləri açılıb. Toxunulmazlığa sahib olmalarına baxmayaraq, parlament deputatları saxlanılır. Erməni jurnalist və siyasətçi Mher Yeqizaryan 2019-cu ilin yanvar ayında həbsxanada elan etdiyi aclıq nəticəsində ölmüşdür. Lakin vəzifələri dünyada demokratiya və insan hüquqlarının müşahidə edilməsindən ibarət olan beynəlxalq təşkilatlar buna reaksiya vermədilər. “Human Rights Watch”, “Amnesty International”, “Freedom House” və digərləri Ermənistandakı despotik rejimin zorakı və qeyri-insani hərəkətlərinə göz yumurlar. Buna səbəb dünyada insan haqları ilə məşğul olan bir çox dırnaqarası qeyri-hökumət təşkilatlarına sponsorluq edən Sorosun Paşinyan rejimini də maliyyələşdirməsi və dəstəkləməsi ola bilər.Bu ölkədə siyasi münasibətlər böhran həddinə çatmışdır. Ölkə 20 ildən artıq idi ki, səhra komandirləri tərəfindən idarə olunurdu. Hazırkı siyasi rəhbərlik isə əvvəlki rejimlərin təcrübəsini davam etdirir. Azərbaycana qarşı hərbi təcavüzün nəticələri aradan qaldırılmayana qədər Ermənistan inkişaf perspektivlərindən məhrum qalacaqdır”.

Ölkə başçısı BMT-dəki çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətini konkret faktlarla ifşa edib, rəsmi İrəvanın yeni müharibə planlarını, yeni ərazilər ələ keçirmək üçün silahlandığını dünyaya bəyan etdi. BMT-ni və digər beynəlxalq qurumları Ermənistanın təcavüzkar əməllərinə müşahidəçi qalmamağa səslədi.

Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan prezidentinin uğurlu fəaliyyəti nəticəsində Ermənistanın işğalşı siyasəti ifşa olunur, rəsmi İrəvanın faşizm ideologiyasına söykənməsi faktı konkret arqumentlərlə dünya ictimaiyyətinin diqqətinə çatdırılır.

Missiya.Az



29 Oktyabr 2020 Prezidentdən işğaldan azad olunmuş ərazilərdə idarəetmənin təşkili ilə bağlı FƏRMAN
29 Oktyabr 2020 Erməni hərbçiləri arasında atışma olub, ölən və yaralananlar var
29 Oktyabr 2020 Ermənistanla sərhəddə Rusiya zastavasının atəşə tutulması məlumatı yalandır - RƏSMİ
29 Oktyabr 2020 Düşmən Goranboya raket atdı: Ölən var - RƏSMİ
29 Oktyabr 2020 Ermənistanın iki Su-25 təyyarəsi məhv edildi
29 Oktyabr 2020 Düşmənin bu gecə məhv edilən döyüş texnikaları - SİYAHI
28 Oktyabr 2020 Daxili Qoşunların hərbi qulluqçuları Bərdəyə göndərildi - DİN
28 Oktyabr 2020 Azərbaycanda xüsusi karantin rejimi bu tarixədək uzadıldı
28 Oktyabr 2020 Yeni ərazilər işğaldan azad edildi - Prezident elan etdi
28 Oktyabr 2020 Bərdədə ölənlərin sayı 20 nəfərə çatdı - Yenilənib
28 Oktyabr 2020 Bərdədə ölənlərin sayı 19-a çatdı
28 Oktyabr 2020 MN: Bərdə şəhəri "Smerç”lə vurulub
28 Oktyabr 2020 Bərdə şəhərinə yenə raket hücumu: Ölənlər var
28 Oktyabr 2020 Rusiya Ermənistandakı səfirliyinin fəaliyyətini iki həftəlik dayandırıb
28 Oktyabr 2020 İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verib
28 Oktyabr 2020 Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
28 Oktyabr 2020 Ceyhun Bayramov və Çavuşoğlu Qarabağdakı son vəziyyəti müzakirə etdi
28 Oktyabr 2020 Bu gün ermənilər Tərtərə 30-a yaxın mərmi atıb
28 Oktyabr 2020 Lük Koffi: "Eşitmişəm ki, Azərbaycan dəhlizə nəzarət edir"
27 Oktyabr 2020 Qarabağda separatçıların “müdafiə naziri” belə məhv edildi - ANBAAN VİDEO