b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_4123389.jpg
Prezident: "Ermənistanın silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik"

"Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. Xüsusilə də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra. Dövlət sərhədindəki toqquşmaların qaynar fazası iyulun 16-da sona çatmışdır. Növbəti gün - iyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik".
Bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında bildirib.

Prezident çıxışında vurğulayıb ki, Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları Azərbaycana qarşı istifadə edir. Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir. Ermənistan Azərbaycana qarşı 30-dan artıq terror aktı törədib: "Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var".

Dövlət başçısı bəyan edib ki, Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub: "Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik".

Prezident İlham Əliyev bildirib ki, təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür: "Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti heç bir nəticə verməmişdir. Danışıqlar imitasiya naminə aparılmamalı, nəticəyönümlü və məzmunlu olmalıdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğu vurğulanmışdır. Biz həmin bəyanatları alqışlayırıq, lakin bəyanatlar kifayət etmir. Bizim real addımlara ehtiyacımız var. Otuz ilə yaxın danışıqlar prosesində iştirakımız sülhə sadiqliyimizin bariz nümunəsidir. ATƏT-in Minsk qrupunun bütün 11 üzvü prosesdə fəal iştirak etməlidir".

Prezident diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının yenilənmiş zaman qrafiki tərtib edilməlidir. BMT-nin müvafiq təsisatları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına və azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına töhfə verməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər qüvvədədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması isə qəbuledilməzdir.

"Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!",-deyə Azərbaycan Prezidenti vurğulayıb.

19 Oktyabr 2020 İlham Əliyev: “Azərbaycan Ermənistanla Moskvada və ya başqa bir yerdə danışıqlar aparmağa hazırdır”
19 Oktyabr 2020 İlham Əliyev: "Əziz qardaşımın açıqlamaları Azərbaycan xalqını çox məmnun etdi"
19 Oktyabr 2020 “Bütün cəbhə boyu nəzarət ordumuzun əlindədir”
19 Oktyabr 2020 Vətəndaşlara gələn bu SMS-lə bağlı - RƏSMİ AÇIQLAMA
19 Oktyabr 2020 Ermənistan Tərtərdə pambıq fabrikini vurdu - FOTO
19 Oktyabr 2020 Son sutkada koronavirusa yoluxan 4 nəfər vəfat etdi
19 Oktyabr 2020 Prokurorluq: Dünən Ermənistan Bakı-Novorossiysk neft kəmərini hədəf alıb
19 Oktyabr 2020 Düşmən Göygölü atəşə tutur - RƏSMİ
19 Oktyabr 2020 Azərbaycan əsgəri yeni tarix yazır! - FOTO
18 Oktyabr 2020 Azərbaycanda koronavirusa yoluxma rekord həddə çatdı: Üç nəfər vəfat etdi - FOTO
18 Oktyabr 2020 Hikmət Hacıyev: “Ad günün mübarək, Nigar”
17 Oktyabr 2020 Gəncə Azərbaycanın döyünən ürəyidir - Mehriban Əliyeva
17 Oktyabr 2020 Türkiyə prezidentinin köməkçisi: “Heç bir insanlıq cinayəti cəzasız qalmır”
17 Oktyabr 2020 Düşmənin hərbi vəzifəliləri məhv edildi: Tabor geri çəkilir - RƏSMİ
17 Oktyabr 2020 Ordumuz müxtəlif istiqamətlərdə irəliləyib - RƏSMİ
16 Oktyabr 2020 “Bəzi kəndlər haqda bu gün də məlumat verə bilərik” - Prezident
16 Oktyabr 2020 ABŞ senatoru və almaniyalı deputat Azərbaycan gənclərinə cavab verib
16 Oktyabr 2020 “Füzuli artıq bizim gözümüzün önündədir”
16 Oktyabr 2020 Prezidentin köməkçisindən Paşinyana cavab
16 Oktyabr 2020 Arxiyepiskop: “Gəncəyə raket atılması çox iyrənc siyasi münasibətdir”