b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_sfdsdfsdfdgg.jpg
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) keçirdiyi son satışlarda mənzil sahibləri olanların bir qismi bizə müraciət edərək evə sahib olduqlarını bildiriblər. Bir neçə gün öncə müəllim olaraq çalışan vətəndaşlarımızdan biri də mənzilə elektron formada sahib olduğunu və artıq evin açarlarını aldığını bildirdi. Mənə müraciət edənlərə dəfələrlə bildirmişdim ki, elektron müraciət etsinlər və artıq tələb və təklifin tarazlığı müşahidə olunur. Bu isə o deməkdir ki, mənzilə sahib olanların müraciət edənlərə nisbəti artmaqdadır. Yasamalda inşa edilmiş sosial evlərə müraciət kifayət qədər çox olduğu üçün satışa çıxarılan mənzillərin sayı müraciətdən xeyli az idi. O zaman da bildirmişdik ki, mənzil sahiblərinin sayı artdıqca ev sahibi olanların nisbəti çoxalacaq. Hövsanda bu artıq müşahidə olunur.

Təbii ki, heç bir əlavə ödəniş olmadan, vətəndaşların sadəcə elektron seçimlə mənzil sahibi olmaları sevindirici haldır. Qeyd edim ki, həm-müəllifi olduğum “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına” dair Strateji Yol Xəritəsində və eləcə də digər qanunverici aktlarda elektron satış şəffaflığın formalaşması aləti kimi təsbit olunub. Əslində, elektron satış şəffaflığın təmin edilməsi baxımdan vacibdir. Sadəcə, tələb ilə təklif arasında fərq olduğundan ilkin mərhələlərdə satışa çıxarılan mənzillərin sayı evə sahib olmaq istəyənlərin müraciətlərindən az idi. Qeyd edək ki, Yasamal Yaşayış Kompleksində inşa edilən 1843 mənzildən 1654-ü Agentliyin sərəncamında idi. Bu mənzillərin satışı artıq başa çatıb.
Bu ildən istifadəyə verilən Hövsan Yaşayış Kompleksində isə 2962 mənzildən ibarətdir. Hövsanda inşa edilən 11 binanın 7-si 7 mərtəbə, 4-ü isə 10 mərtəbəlidir. Həmin mənzillərin 803-ü hərbi qulluqçular üçün ayrılıb. Əslində, sosial evlər çərçivəsində daha çox mənzilin satışa çıxarılması tələb ilə təklif arasındakı fərqin aradan qaldırılmasına və artıq gələn il müraciətçilərin xeyli hissəsinin elektron sistem vasitəsi ilə evə sahib olmasına imkan verəcək. Bu baxımdan, mövcud elektron sistemin qorunub saxlanması şəffaflıq baxımından daha məqsədəuyğundur. Qeyd edək ki, Hövsanda 30.06.2020-ci il tarixində satışa çıxarılmış 249 mənzildən 171-nin rəsmiləşdirilməsi artıq başa çatdırılmış, qalan mənzillərin isə rəsmiləşdirilməsi davam etdirilməkdədir.

Bizdə olan məlumata görə, “Güzəştli mənzil" sisteminə beynəlxalq patentin alınması məqsədilə Ümümdünya Əqli Mülkiyyət Təşkilatına (World Intellectual Property Organization) müraciət edilib. Beynəlxalq təşkilat tərəfindən həmin iddia qəbul edilmiş və müvafiq prosedurların yerinə yetirilməsinə başlanılmışdır. Bundan öncə isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Müşahidə Şurasının Qərarı ilə 3 dildə (Azərbaycan, rus, ingilis) “Güzəştli mənzil sistemi” əmtəə nişanı qeydiyyata alınaraq təsdiq edilmişdir. Həmçinin Əqli Mülkiyyət Agentliyi tərəfindən Sistemin müəlliflik hüquqları qeydiyyata alınaraq Əsərin Qeydiyyatı Haqqında Şəhadətnamə təqdim olunub. Digər tərəfdən, "Güzəştli mənzil" sistemi vasitəsilə həyata keçirilmiş onlayn mənzil seçimi prosesləri yekunlaşdıqdan sonra beynəlxalq audit şirkəti "Ernst & Young" (“EY”) "Güzəştli mənzil" sistemini kompleks audit yoxlamalarından keçirərək sistemdə aparılmış bütün əməliyyatları hərtərəfli təhlil edir və öz “SOC 3” rəyini təqdim edir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_dfdgdgfgfhgf.JPG
 
 
Düşünürəm ki, mənzil sahibi olmuş vətəndaşların mənzil seçimi prosesi barədə məlumatları sosial şəbəkələrdə paylaşmaları da məqsədəuyğun olardı.

Qeyd edim ki, Agentliyin Hövsan Yaşayış Kompleksində yerləşən 502 mənzilin satışı 10.09.2020-ci il tarixi saat 11:00-da başlayacaqdır: https://mida.gov.az/az/sales/announcement8/

Millət vəkili Vüqar Bayramov


01 Oktyabr 2020 Ordumuz tərəfindən məhv edilən düşmən texnikalarının görüntüləri - VİDEO
30 Sentyabr 2020 Ermənistanın SU-25 qırıcısı dağa belə çırpıldı – VİDEO
30 Sentyabr 2020 Mehriban Əliyeva yaralı hərbçilərlə görüşdə kövrəldi - VİDEO
30 Sentyabr 2020 İlham Əliyev: “Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir”
30 Sentyabr 2020 Parlamentin payız sessiyasının qanunvericilik işlər planı təsdiqlənib
30 Sentyabr 2020 Düşmən dövlət qurumlarının binalarını atəşə tutdu: Yaralılar var
29 Sentyabr 2020 Müdafiə Nazirliyi: "Erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb"
29 Sentyabr 2020 “Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - RƏSMİ
29 Sentyabr 2020 “Düşmənin Ağdərə istiqamətində müqaviməti qırılıb” - VİDEO
28 Sentyabr 2020 Ermənistan ordusu general və iki polkovnikini itirdi
28 Sentyabr 2020 DİN-dən komendant saatı ilə bağlı XƏBƏRDARLIQ - DETALLAR AÇIQLANDI
28 Sentyabr 2020 Hulusi Akardan Ermənistana sərt xəbərdarlıq: "Muzdlu əsgərləri geri çəkin!"
28 Sentyabr 2020 Zod-Kəlbəcər yolu bağlandı - Ermənilər təlaş içində
28 Sentyabr 2020 “Kompromisə hazırıq” - İrəvan “ağ bayraq” qaldırdı
28 Sentyabr 2020 Müdafiə Nazirliyi Ermənistanın itkilərini açıqladı
28 Sentyabr 2020 Daha bir yüksəklik AZAD EDİLDİ - SON DƏQİQƏ - VİDEO
27 Sentyabr 2020 Diaspor Komitəsindən xaricdə yaşayan azərbaycanlılara müraciət
27 Sentyabr 2020 “Düşmən yerinə otuzdurulur” - Hikmət Hacıyev
27 Sentyabr 2020 İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
27 Sentyabr 2020 Xalq prezidentin ətrafında ordu kimi birləşib, qələbə bizimdir" - Ramin Əhmədov