234435435454323234243434.jpg
“Dünya indi həm iqtisadi, həm də mənəvi təzyiqlər altındadır. Azərbaycan da dünyanın pir parçasıdır və bu baxımdan “COVİD-19”-un yaratdığı təlatümlərin ölkəmizə də təsir göstərməsini təbii qarşlamalıyıq. İndi bizim vəzifəmiz dövlətin həmrəylik çağırışlarına səs vermək, hökumətin müəyyən etdiyi qaydalara ciddi şəkildə əməl etməklə Azərbaycanın bu bəlanı az itki ilə adlamasını təmin etməkdir. Eyni zamanda, belə bir vəziyyətdə insanlar bir-birinə əl tutmalı, yardımlaşmalıdır. Dövlətimizin koronavirusla bağlı həyata keçirdiyi yardım proqramlarına biz də dəstək olmalıyıq. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ətrafında daha sıx birləşməliyik və onların çağırışlarına səs verməliyik”. 

Missiya.Az xəbər verir ki, bu sözləri YAP Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov onun təşkilatçılığı ilə Missiya.Az saytının həyata keçirdiyi yardım aksiyası barədə danışarkən deyib. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_92559002_1273153299554878_2943102030069104640_o.jpg

YAP rəsmisi qeyd edib ki, aksiya ölkə başçısı İlham Əliyevin çağırışlarından irəli gələrək təşkil olunub. “Əlbəttə ki, insanların yardıma ehtiyacı olduğu vaxtda onların köməyinə ilk növbədə dövlətimiz çatır. Bu gün koronavirusla mübarizə aparan ölkələr arasında Azərbaycan həyata keçirdiyi genişmiqyaslı tədbirlərlə diqqət çəkir, nümunələr yaradır. Ayrılan vəsaitlərin miqdarı da dediklərimizin sübutudur. Koronavirusun yaratdığı iqtisadi çətinlikləri də dövlət öz üzərinə götürüb. Amma belə vəziyyətlərdə hər bir imkanı olan Azərbaycan vətəndaşı da insanlara yardım etməli, onların problemlərinin həllinə çalışmalıdır. Missiya.Az saytı da aksiyanı bu niyyətlə keçirir. Bu günlərdə vətəndaşlarımızın yardıma, xüsusi qayğıya çox ehtiyacı var. Biz ahıl, tənha insanların, aztəminatlı ailələrin problemlərinin həllində dövlətimizə yaxından kömək etməyi ən ümdə missiyamız hesab edirik”. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_92266610_1273152466221628_3500757238002221056_n.jpg

Bu tip aksiyaların sırasının daha da genişlənməli olduğunu deyən Ramin Əhmədov qeyd edib ki, xeyirxahlıq, insanpərvəlik hər bir azərbaycanlının soykökündə, həyat tərzində mühüm yer tutur. "Biz bu adət-ənənəni bu gün də yaşatmalıyıq. Həm cənab Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyeva xalqımızı daim birliyə, həmrəyliyə səsləyir. Onlar Azərbaycanda koronvirusa yoluxma faktları aşkarlandıqdan sonra dəfələrlə xalqa müraciət ediblər. Hər bir müraciətlərində vətəndaşlarımıza birlik mesajları verirlər. Biz bu birlik mesajlarından ilhamlanmalıyıq və xalqımıza daha böyük əzmlə xidmət etməliyik”.

Missiya.Az


01 İyun 2020 Məleykə Abbaszadə abituriyentlərə və valideynlərə xəbərdarlıq etdi
01 İyun 2020 Nikol Paşinyan koronavirusa yoluxub
01 İyun 2020 Azərbaycanda buraxılış və qəbul imtahanlarının keçiriləcəyi tarix məlum oldu
31 May 2020 "Sosial şəbəkələrdə xaosun qarşısı alınmalıdır" - Ramin Əhmədov
31 May 2020 “Palmali Holding" müflis elan edilib
31 May 2020 Milli Məclisdən 190 manatla bağlı - YENİ TƏKLİF
31 May 2020 Sosial şəbəkələrlə bağlı yeni dövr - Ölkələr söyüş və terror qruplarına müharibə elan edir
29 May 2020 “Mall”arın fəaliyyəti bu tarixdən bərpa edilir – RƏSMİ AÇIQLAMA
29 May 2020 Azərbaycanda Əməkdar artist koronavirusa yoluxdu
28 May 2020 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
27 May 2020 Bu il Məhərrəm ayının başlayacağı tarix açıqlandı
27 May 2020 Nazirlik növbəti 190 manat yardım söhbətinə aydınlıq gətirdi
27 May 2020 Emmanuel Makron İlham Əliyevə təbrik məktubu göndərdi
27 May 2020 Azərbaycanda 21 nəfərin yoluxduğu kənddən YENİ XƏBƏR - VİDEO
26 May 2020 Rusiyadan Azərbaycana reyslər bu tarixdən açılacaq
25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Pirsaat Baba ziyarətgahında - FOTO
24 May 2020 Tovuzda Qənirə Paşayevanın təşəbbüsü ilə 150 ailəyə yardım edilib - FOTO
23 May 2020 Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ
23 May 2020 Azərbaycanda əməkhaqqı kartlarının yoxlanılmasına başlanıldı
22 May 2020 Maliyyə şəffaflığı və “kölgəsiz” iqtisadiyyat – İnkişafa aparan yol