b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_157381341916266715695dce7cab63cbc.jpg

“Azəriqaz” İstehsalat Birliyi “smart-kart” tipli sayğaclardan imtina edilməsi ilə bağlı məlumat haqda daha bir açıqlama yayıb. 

Missiya.Az həmin açıqlamanı təqdim edir:

“Əslində Birlik maliyyə imkanlarını nəzərə alaraq “İTRON GALLUS” şirkətindən “smart-kart” tipli sayğacların alışını azaldıb. “Azəriqaz” İB belə hesab edir ki, bu cür addım təşkilatın maliyyə resurslarını daha səmərəli istifadə etməyə və digər vacib istiqamətlərdə lazımi işləri görməyə imkan yaradacaq. Digər tərəfdən “smart-kart” tipli sayğacların quraşdırılması bundan sonra da davam etdiriləcək. Məsələn, Mənzil Tikinti Kooperativlərinin (MTK) inşa etdiyi çoxmərtəbəli binalarda sayğaclar daxildə (çöl eyvanlarda) olduğu üçün mexaniki sayğac quraşdırılmır, çünki bu, sərfiyyatın qeydiyyatı üçün çətinlik yaradır. Ona görə də belə tikililərdə “smart-kart” tipli sayğaclar həm quraşdırılacaq, həm də nasazlıq zamanı, eləcə də yoxlama vaxtı çatarkən eyni markalı sayğaclarla əvəzlənəcək.

Daha bir məqama diqqət çəkmək istərdik ki, mexaniki sayğaclardan istifadə edən abonentlərimizin ödənişləri son illər xeyli yaxşılaşıb, yığımlar demək olar ki, 100 % yerinə yetirilir. Belə olan halda, mexaniki sayğacların quraşdırılmasında hər hansı problem görülmür və bu həm də “Azəriqaz” İB üçün maliyyə baxımından xeyli sərfəli hesab olunur”.

“Azəriqaz” İB-dən bildirilib ki, “smart-kart” tipli sayğacların daha çox problem yaratdığı barədə deyilənlər düzgün yanaşma deyil: “Çünki “İTRON GALLUS” şirkətinin istehsal etdiyi sayğacların keyfiyyəti beynəlxalq sertifikatlarla təsdiqini tapıb və “Azəriqaz” İB-nin aldığı bu qurğularda hər hansı problem yaşanmır”.

Xatırladaq ki, bundan əvvəl açıqlama verən “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirmişdi ki, smart tipli sayğacların alışının azaldılması barədə qərar verilib: “Mexaniki sayğaclarda abonent sərfiyyata görə ödəniş edir. Hər ay abonentə qaz sərfiyyatı barədə bildiriş verilir və o, ödənişini edir. Hesab edirik ki, bundan sonra quraşdırılacaq mexaniki sayğaclarda hər hansı narazılıq yaranmayacaq. Bu zaman həm də vətəndaş balansına pul yükləyə bilmədiyinə görə qazsız qalmayacaq.

Ola bilər ki, sonrakı mərhələlərdə şirkət daha sərfəli və yeni nəsil sayğaclar təklif etsin. Təbii ki, biz bu təklifləri dəyərləndirəcəyik”.



09 İyul 2020 Azərbaycanda saxta arayış verən xəstəxananın vəzifəli şəxsləri ilə bağlı cinayət işi açıldı - RƏSMİ
09 İyul 2020 Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxdu, 10 nəfər öldü
09 İyul 2020 "Cavid Paşayevin sağalması istiqamətində bütün addımlar atılır" - Qənirə Paşayeva
09 İyul 2020 "Mehriban Əliyevanın çətin dövrdə həssas təbəqəyə göstərdiyi diqqət ona olan inamı daha da artırır" - Ramin Əhmədov
09 İyul 2020 Baş Prokurorluqdan 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı AÇIQLAMA
08 İyul 2020 Azərbaycanda COVID-19-un həkimləri qəzaya düşdü - 7 nəfər yaralandı
08 İyul 2020 Azərbaycanda tanınmış musiqiçi HƏBS EDİLDİ
08 İyul 2020 “Azərsu”dan Bakıdakı üfunət iyi ilə bağlı AÇIQLAMA
08 İyul 2020 "İlham Əliyevin Ermənistan hakimiyyətilə bağlı fikirləri çox keçmədən təsdiqini tapdı" - Ramin Əhmədov
07 İyul 2020 Cənub küləyi əsəcək, temperatur 39 dərəcəyə yüksələcək
06 İyul 2020 "Polis orqanlarına tərəfimdən çox ciddi göstəriş verilib..." - Prezident
06 İyul 2020 Yevlaxda qanunsuz fəaliyyət göstərən çayxana aşkarlandı
06 İyul 2020 "Xəstəxanalarda yer yoxdur, insanlarımızın səsi əyləncələrdən gəlir" - Professordan HƏYƏCAN TƏBİLİ
06 İyul 2020 Azərbaycanda iki polis zabiti koronavirusdan vəfat etdi
04 İyul 2020 Yasamalın İcra başçısı rayonda reyd keçirdi - FOTOLAR
04 İyul 2020 Bəhram Bağırzadənin ağciyər və bədəninin reabilitasiyasına başlanıldı
03 İyul 2020 Bakı yenə rayonlara axın edir - FOTO/VİDEO
03 İyul 2020 Bu gün ləğv olunan İstanbul-Bakı-İstanbul uçuşları bərpa edildi
03 İyul 2020 Koronavirusdan müalicə alan baş redaktor evə buraxıldı
03 İyul 2020 Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu - 7 nəfər öldü