b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dcsfdfhrgjthkyuiui.jpg

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubiley tədbirləri  çərçivəsində universitetin rektoru Elçin Babayev başda olmaqla, BDU-nun nümayəndə heyəti Lənkəran Dövlət Universitetində olub.LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovla qonaqların görüşü səmimi və işgüzarlıq şəraitində keçib. Diskussiya zamanı Natiq İbrahimov əlamətdar yubiley münasibətilə BDU-nun bütün kollektivini,professor-müəllim –tələbə heyətini ürəkdən təbrik edib.Bildirib ki,  ölkədə təhsilin və elmin inkişafına verdiyi  böyük töhfələrə,Azərbaycana dəyərli ziyalılar ordusu bəxş etdiyinə görə  Ümummilli lider  H.Əliyev “Bakı Dövlət Universitetini Azərbaycan xalqının,Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırıb.LDU rəsmisi onu da qeyd edib ki,Lənkəran Dövlət Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1991-ci il tarixli qərarı ilə BDU-nun Lənkəran filialı kimi açılmış, Nazirlər Kabinetinin  1992-ci il 23 iyun tarixli sərəncamı ilə dövlət statuslu ali məktəb kimi fəaliyyətə başlamışdır.N.İbrahimov Lənkəran Dövlət Universitetində son illərdə görülən işlər, təhsilin yenilənməsi istiqamətində atılan addımlar barədə də qonaqlara ətraflı məlumat verib.

 “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” prinsipinə  uyğun olaraq, BDU-dan gələn qonaqlara  LDU-da görülən işlərlə əyani tanış olmaq imkanı yaradılıb.LDU ilə tanışlıq  turizm-tədris-təcrübə bazasından başlanıb.BDU-nun rektoru Elçin Babayev,prorektorlar Aydın Kazımzadə, Əliş Ağamirzəyev,Tarix fakültəsinin dekanı ,professor İbrahim Zeynalov,Kimya fakültəsinin dekan müavini Elvin Məlikov,Kadrlar şöbəsinin müdiri Nəzakət İsayeva  sahilboyu ərazidə yerləşən  bazada yaradılan şəraitdən razı qaldıqlarını dilə gətiriblər.Otelin həyətində Bakı Dövlət Universitetinin 100 illk yubileyi şərəfinə xatirə  olaraq dekorativ həmişəyaşıl ağaclar əkilib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_74909771_498904717622864_2443279746482569216_n.jpg

LDU-nun tədris-təcrübə sahəsi, çay və sitrus plantasiyası,yeni tədris korpusları,tələbə yataqxanası,modern laboratoriyaları,müəllimlər üçün inşa olunmuş xidməti mənzillər,tələbə yeməkxanası və s.ilə  tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.BDU müəllimlərinin keçdiyi ustad dərsləri tələbələr tərəfindən maraqla qarşılanıb.

Lənkəran Dövlət Universiteti ilə tanışlıq  Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş konfransla yekunlaşıb.Konfransı giriş sözü ilə LDU rəsmisi professor Natiq İbrahimov açıb və BDU-nun ölkənin mədəni həyatında oynadığı böyük roldan, ölkədə elm və təhsilin inkişafı naminə gördüyü işlərdən,LDU ilə əlaqələrindən  danışıb.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_74439394_2763705887021008_6337985197488734208_n.jpg

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bölgədə yerləşən bir universitetdə gördüklərindən məmnunluğunu ifadə edib,son illərdə görülən işləri yüksək dəyərləndirib.Elçin Babayev konfrans iştirakçılarına BDU-da başlanan yeni islahat dalğasından,görüləcək işlərdən,gələcək planlardan danışıb,ölkə başçısının,bütün xalqın  BDU-ya bəslədiyi inam və etimadı doğrultmaq üçün var gücləri ilə çalışacaqlarını deyib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_74229557_2654559717898992_970242625518960640_n.jpg

Konfransda BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə,sosial məsələlər,tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev,BDU-nun LDU-da çalışan  məzun və doktorantlarından universitetin  Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən  İdrak Əsgərov,baş müəllim Gülbəniz Qədirova çıxış ediblər.Çıxışlarda yubiley arzuları,təbrikləri dilə gətirilib, hər iki ali təhsil ocağında görülmüş işlərdən, gələcək perspektivlərdən söz açılıb.Tədbirin sonunda Natiq İbrahimov  BDU-nun rektoru Elçin Babayevə kollektiv adından  Lənkəranın rəmzi sayılan Xan evinin rəsmini hədiyyə edib.Elçin Babayevin hədiyyəsi isə Qarabağ  xalçalarının milli ornamentləri əks edilmiş tablo olub.

Sonda xatirə şəkilləri çəkilib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_73474970_2383795008499677_1589897477371199488_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_72984564_1235362483322741_8132814419458523136_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_73274197_1173183499541955_4852395231443681280_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_73381370_577112026427264_8950541850058424320_n.jpg

 

 

21 Noyabr 2019 Mehriban Əliyeva Dmitri Medvedevlə görüşüb
21 Noyabr 2019 “Yenə də meydanlarda sülənir, guya heç kim bilmir, bunun keçmişi nədir” – İlham Əliyev
21 Noyabr 2019 “Azərbaycan hakimiyyəti o günə qalmayıb ki, Atanı o tədbirə göndərsin” - Əli Həsənov
21 Noyabr 2019 Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib - FOTO
21 Noyabr 2019 “Mehriban Əliyevanın Rusiyaya səfəri iki ölkə arasında əlaqələrin dinamik inkişafına xidmət edir” - Ramin Əhmədov
21 Noyabr 2019 Oqtay Gülalıyev yenə əməliyyat olundu - beyninə “trubka” qoyuldu
21 Noyabr 2019 Baş nazirdən ikili diplomla bağlı - QƏRAR
20 Noyabr 2019 Prezidentdən yaşlı qadına böyük jest - VİDEO
18 Noyabr 2019 Bakı limanında ölüm - Qadın qəfil dünyasını dəyişdi
16 Noyabr 2019 Azərbaycanda bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - Baş nazirdən qərar
15 Noyabr 2019 Qaz sayğacları ilə bağlı MÜHÜM AÇIQLAMA
15 Noyabr 2019 Vilayət Eyvazov İnterpola rəis TƏYİN ETDİ
13 Noyabr 2019 Oqtay Əsədovdan deputatlara - XƏBƏRDARLIQ
12 Noyabr 2019 Prezidentdən 5 icra başçına xəbərdarlıq: "Əgər bunu etsəniz cəzanızı alacaqsınız"
12 Noyabr 2019 Şəhid övladının ad günündə gözlənilməz hədiyyə - VİDEO
11 Noyabr 2019 Ülvi Qılıncdan ŞOK sözlər: "Öləcəyim günü və necə öləcəyimi bilirəm" - VİDEO
11 Noyabr 2019 Qazaxda toy karvanında silahdan atəş açıldı - VİDEO
09 Noyabr 2019 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
09 Noyabr 2019 Mehriban Əliyevadan Bayraq Günü paylaşımı - VİDEO
09 Noyabr 2019 Azərbaycanda Dövlət Bayrağı günüdür