b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_milli-savunma-bakanligi-harekatin-bilancosunu-12512287_7540_m.jpg

Türkiyənin Suriya ərazisində keçirdiyi anti-terror əməliyyatları zamanı çəkilən bəzi görüntüləri yayılıb.

Missiya.Az xəbər verir ki, görüntülər YPG\PKK terrorçuları tərəfindən lentə alınıb. Videolardan aydın olur ki, terrorçular gizlənmə taktikalarını dəyişiblər.

Onlar yerli əhaliyə aid evlərə sığınıblar. Bununla Türkiyə Hava Qüvvələrinin hücumlarından gizlənməyi planlaşdırırlar. Həmçinin terrorçular həmin evlərdə gizlənərək Türkiyə ərazisinə toplar vasitəsi ilə atəş açırlar. Görüntülərdə top mərmisini işə salan terrorçunun yerli əhalinin geyim tərzində olduğu diqqətdən yayınmayıb.

Məlumata görə, terrorçular canlarını qurtarmaq üçün döyüş mövqelərini tərk edir və yerli əhalinin yaşadığı evlərə zorla girirlər.

Videolar əsasən Qamışlı, Rasulayn və Malikiyə bölgələrində çəkilib.

Qeyd edək ki, Türkiyə ötən gün Suriya ərazisində YPG\PKK terrorçularına qarşı genişmiqyaslı əməliyyəta başlayıb. “Barış Pınarı” adı verilən əməliyyatların məqsədi Türkiyə-Suriya sərhəddinə yerləşən terrorçuların oradan uzaqlaşdırılmasıdır. Terrorçulardan təmizlənən ərazilərə isə Türkiyə ərazisində yerləşdirilən suriyalı qaçqınlar yerləşdiriləcək.

Anti-terror əməliyyatı ABŞ-la razılaşdırılıb. Türkiyə əsgərləri bölgəyə daxil olmamışdan bir neçə saat əvvəl ABŞ qüvvələri YPG\PKK terrorçularının nəzarətində olan ərazilərdən çıxıblar. Razılaşmaya görə, Türkiyə ordusu Suriyanın 32 km dərinliyinə qədər irəliləyə bilər. ABŞ prezidenti Donald Tramp “Barış Pınarı” əməliyyatı başlamamışdan əvvəl verdiyi açıqlamada bildirmişdi ki, Türkiyə razılaşmanı pozsa, ölkənin iqtisadiyyatını məhv edəcək.

Məlumata görə, Türkiyə ordusu qısa müddət ərazində 30 km məsafə qət edib. Artıq bir neçə yaşayış məntəqəsi terrorçulardan təmizlənib. Əməliyyatların nə vaxt başa çatacağı isə bəlli deyil.


Elvin
Missiya.Az
21 Fevral 2020 Ukrayna qondarma “erməni soyqırımı” layihəsini rədd etdi
20 Fevral 2020 İlham Əliyev İtaliyada Sercio Mattarellanı ilə geniş tərkibdə görüş keçirib
20 Fevral 2020 GƏRGİNLİK! ABŞ və Rusiya arasında neft müharibəsi - Zirehli texnikalar üz-üzə - Anbaan VİDEO
19 Fevral 2020 Məzahir Pənahov seçki qutularından danışdı
19 Fevral 2020 Ərdoğan Suriyada türk əsgərlərinin öldürülməsilə barışacaqmı? - Gərginlik artır - ŞƏRH
19 Fevral 2020 Ərdoğan: "Türkiyə hər an İdlibdə hərbi əməliyyatlara başlaya bilər"
19 Fevral 2020 ATƏT Kasprşiklə bağlı ermənilərə cavab verdi
18 Fevral 2020 "Kimsə işçiləri 8 saatdan artıq işlədirsə, cəzasını alacaq" - İlham Əliyevdən növbəti XƏBƏRDARLIQ
18 Fevral 2020 Prezident daha bir məmuru qəbul etdi
18 Fevral 2020 Mikayıl Cabbarovdan bu sahibkarlara - ŞAD XƏBƏR
17 Fevral 2020 Ayaz Mütəllibov Paşinyanın ittihamlarına CAVAB VERDİ - VİDEO
17 Fevral 2020 MSK bu gün yenə toplanır - Nəticələr ləğv ediləcəkmi?
15 Fevral 2020 MSK bir şikayəti əsassız hesab etdi - RƏSMİ
14 Fevral 2020 Qənirə Paşayevadan spiker olacağı ilə bağlı xəbərlərə daha bir REAKSİYA
14 Fevral 2020 Dövlətə xəyanətdə ittiham olunan Fəxrəddin Abbasova ağır cəza
14 Fevral 2020 İlham Əliyev Münxendə Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb - FOTO
13 Fevral 2020 MSK ATƏT/DTİHB-nin müraciətini təmin etdi
13 Fevral 2020 Hadi Rəcəblinin də dairəsinin nəticələri ləğv edildi
13 Fevral 2020 Hadi Rəcəblinin nəticələrinin ləğv olunması xəbərinə AÇIQLAMA
12 Fevral 2020 BŞİH mitinqlə bağlı qərar verdi