b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_66407100_465337270710066_7754481994578264064_n.jpg

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının rəhbəri Tod Uolters Azərbaycana gəlib. Məqsəd NATO-Rusiya münasibətlərini müzakirə etməkdir.

Məlumat üçün bildirək ki, bu, Rusiya generallarının amerikalı həmkarları və NATO komandanları ilə Bakıda ilk görüşü deyil. Bundan əvvəl də tərəflər paytaxtımızda bir araya gələrək qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Göründüyü kimi, dünya güclərinin Bakını dialoq məkanı kimi seçməsi artıq ənənə halını alıb. Bu isə heç şübhəsiz ki, təsadüfi deyil. Aydındır ki, tərəflərə Bakı ilə yanaşı, digər şəhərlər də təklif olunur. Lakin Rusiya, ABŞ və NATO rəsmiləri bu kimi mühüm görüşlərin Bakıda keçirilməsinə üstünlük verirlər.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111.jpg

Bunun da bir çox səbəbləri var:

1. Rəsmi Bakının yeritdiyi müstəqil xarici siyasət;

2. Ölkəmizin həm regional, həm də qlobal müstəvidə aktiv və prinsipial oyunçu mövqelərinə sahiblənməsi;

3. Azərbaycan prezidenti İlham Əliyevin şəxsi nüfuzu;

4. Təhlükəsizlik məsələləri;

5. Azərbaycanın heç bir hərbi təşkilata üzv olmaması;

6. Bakının yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı təcrübəsi və sairə.

Şübhəsiz ki, həyata keçirdiyi transmilli enerji və nəqliyyat layihələrinin uğurla icra olunması da Azərbaycanın ETİBAR OLUNAN DÖVLƏT kimi seçilməsində böyük roy oynayır.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_00000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000.jpg

Yerləşdiyimiz qaynar regionda demək olar ki, bütün dövlətlər super güclərin təsiri altındadır. Azərbaycan isə müstəqil siyasət yürütməklə , “bütün ölklərlə bərabər məsafə” prinsipinə üstünlük verir. Rusiya və İran kimi dövlətlərlə sərhəd olan Azərbaycan ABŞ-Rusiya-İran üçbucağında öz balansını qoruyub saxlamağı bacarır. Ölkəmizdə heç bir dövlətin hərbi bazası yoxdur. Avropa ölkələri, Rusiya və ABŞ Azərbaycanın nəinki regonda, daha geniş maştabda sabitləşdirici rol oynadığını yüksək qiymətləndirir, ölkəmizin mövqeyi ilə hesabalşır və hörmət bəsləyirlər. Bütün bu göstəricilərin əldə olunmasında Prezident İlham Əliyevin misilsiz xidmətləri var. Məhz onun yürütdüyü siyasət nəticəsində bu gün Azərbaycan sabitlik adası kimi tanınır, Şərqlə Qərb arasında unikal dialoq platforması yaradan ölkə kimi qəbul olunur. İlham Əliyev dəfələrlə nümayiş etdirib ki, o, prinsipial və qətiyyətli liderdir və milli maraqlar xüsusunda heç bir halda güzəştə getmir. Onun xarici siyastədə üstünlük verdiyi balanslaşdırma prinsipi bu gün Azərbaycanı Şərqlə Qərb arasında həm ticari, həm hərbi, həm də siyasi əlaqələr baxımından əvəzsiz körpüyə çevirib.

Rusiya və NATO generallarının qlobal məsələləri Azərbaycanda müzakirə etməsi işğalçı Ermənistana da mesajdır. Dünya güclərinin dialoq üçün məhz Azərbaycanı seçməsi ölkələrə münasibət xüsusunda da bir çox mətləbləri açıq şəkildə ortaya qoyur.

ABŞ və Rusiya rəsmilərinin Bakıda görüşməsi sözsüz ki, dünya mətbuatının da diqqətindən kənarda qalmır. Məsələn “The New York Times” qəzeti bundan əvvəlki görüş barədə geniş məqalə ilə çıxış etmişdi. Qeyd olunurdu ki, generalların görüşünü təşkil etmək heç də asan olmayıb. “Yüksək rütbəli hərbçilərin harada görüşəcəyi ilə bağlı geniş müzakirələr aparılıb. Sonda tərəflər neytral və təhlükəsiz ölkə kimi Azərbaycanı seçiblər” – deyə məqalədə vurğulanırdı.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_00000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000.jpg


Göründüyü kimi, məqalədə Azərbaycanın tərəfsiz və təhlükəsiz ölkə olduğu xüsusi qeyd olunub. Dünya mətbuatı da qəbul edir ki, təhlükəsizlik və tərəfsizlik Azərbaycanı digər ölkələrdən fərqləndirir.

Müşahidələr göstərir ki, Rusiya və ABŞ arasında Bakı ilə bağlı heç bir məsələdə fikir ayrılığı yoxdur. Azərbaycan Prezidentinin nüfuzu, dövlətin gücü, təhlüksizliyin yüksək səviyyədə təminatı, müstəqil xarici siyasət xətti ölkəmizi hamının etibar etdiyi məkana çevirib. Əminliklə deyə bilərik ki, belə görüşlər bundan sonra da Bakıda keçiriləcək. Çünki Azərbaycanda siyasi sabitlik, təhlükəsiz müzakirə mühiti daim təmin olunur!

Missiya.Az



17 Sentyabr 2019 Ərdoğan Putin və Ruhanini əncirə qonaq etdi - FOTO
17 Sentyabr 2019 İlham Əliyev gürcüstanlı naziri qəbul edib
17 Sentyabr 2019 Putin “Quran”dan sitat gətirdi - VİDEO
17 Sentyabr 2019 Nazir sərt tapşırıq verdi - Onlar həbs olunacaq
16 Sentyabr 2019 LDU-nun yeni tələbə yataqxanası və tədris korpusu açılıb - FOTO
16 Sentyabr 2019 Zakir Həsənov MİQ-29 qəzasından danışdı - VİDEO
16 Sentyabr 2019 Bəyi toyunda belə öldürdülər - Anbaan video
13 Sentyabr 2019 Mehriban Əliyeva Kürdəxanıda - FOTO
13 Sentyabr 2019 Vilayət Eyvazovdan YENİ ƏMR – Polis hərəkətə keçdi
13 Sentyabr 2019 Deputat: Jurnalistlər münaqişə zonasındakı vəziyyətlərə hazır olmalıdırlar
13 Sentyabr 2019 Bu da Mahir Əmrəlinin qarət olunan evi - VİDEO
13 Sentyabr 2019 Mehriban Əliyeva yorulmaz fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb - VİDEO
11 Sentyabr 2019 Arda Turan həbs edildi - 2 il 8 ay
11 Sentyabr 2019 Altı rayon təhsil şöbəsinin rəhbəri işdən çıxarılıb
10 Sentyabr 2019 Sabahın hava proqnozu açıqlanıb
10 Sentyabr 2019 Bu gün Aşuradır
10 Sentyabr 2019 Valideynlərə ŞAD XƏBƏR - Şagirdlərin çantaları yüngülləşdirilir - VİDEO
09 Sentyabr 2019 “Xainlərin məkirli planları məhvə məhkumdur” – Ramin Əhmədov
09 Sentyabr 2019 Azərbaycanda hər kəsi təsirləndirən eksperiment - Son pullarını əsgərə verdilər - VİDEO
09 Sentyabr 2019 "Kurtlar Vadisi" geri dönür