AZ   |   RU
Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarının 71 avtomobilinin hərəkətinə şərait yaradılıb - YENİLƏNİB-6


Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 10 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Missiya.Az "
Report"a istinadən xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 71-ə çatıb.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

  • 2-03-2023, 19:40