AZ   |   RU
Ərdoğan Prezident postunu Cevdet Yılmaza təhvil verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətləri müvəqqəti olaraq vitse-prezident Cevdet Yılmaza həvalə olunub.


Missiya.Az “Teleqraf” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Tayyib müfaviq sərəncam imzalayıb.


Bildirilib ki, Ərdoğan bu gün Albaniyaya səfərə gedəcəyindən səlahiyyətlər vitse-prezidentə verilib. 


Qeyd olunub ki, Ərdoğan səfərdən qayıdana qədər ölkəyə Cevdet Yılmaz rəhbərlik edəcək.



Daşqın Həsənov
Missiya.Az




  • 16-05-2025, 11:16